Son 30 gündə Glorri ilə 816 namizəd xəyalındakı işə qovuşdu. Sırada sən varsan!
18 / 83 nəticə göstərilir
Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik. Kontakt Home hazırda 47 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək kayera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir. Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir.
Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further processing at the 18 ginneries. Cotton fiber processed at the ginneries of the company is medium fibrous and has a specific color that differentiates it from American cotton with a yellowy tint. Since 1998, Azerbaijan has adopted new standards for cotton fiber approved by Liverpool Cotton Association, in which Prime Cotton has had associate membership status since 2003. Currently, the company is engaged in the development of the textile industry in Azerbaijan. Cotton yarn production uses “open-end” technology and has high demand by domestic and CIS country markets. In 2006, Prime Cotton completed a new oil and fat production facility in Shirvan, equipped with the latest technology for oil processing and refinery. This factory produces various items from cotton seeds, such as cotton oil, milled cake, and soapstock. In addition, this factory has linter and refined oil production lines. Products for export: • Cotton fiber • Wastes of cotton fiber, such as gin motes, lint, and cotton down. • Cotton yarn of different sizes -“open end” • Cotton oil • Cotton milled cake - very valuable non-GMO feed mill raw material. Prime Cotton guarantees top quality and timely delivery of products to its partners and clients. For your questions don't hesitate to get in to: Qafqaz Business Center, H.Aliyev Ave 95; AZ1029; Baku, Azerbaijan.
Landau Education Group is a leading educational institution in Baku, Azerbaijan, dedicated to inspiring and guiding every student to become the best version of themselves. Our diverse portfolio includes: * LANDAU School: LANDAU School is a private school, founded in 2018 and named after the brilliant theoretical physicist Lev Davidovich Landau, the first Azerbaijani Nobel laureate. Being the biggest private school in the Caucasus with more than 3000 students LANDAU School was established with the mission to provide the best resources and guidance necessary to build a solid foundation for students. * Leznik&Co Courses: Offering specialized courses to enhance skills and knowledge. * Barama Kindergartens Chain: Providing early childhood education that fosters development and growth. * Simurq Lyceum: Focused on academic excellence and personal development. * Sabah School: Committed to delivering quality education with a modern approach. * LANDAU Academy: A Further Education Institution recognized by the Ministry of Science and Education of the Republic of Azerbaijan, offering a wide range of opportunities for new graduates and those interested in teaching. * LANDAU Evening School: A unique educational project providing effective preparation for prospective students aiming to join LANDAU School, offering training in English and Mathematics. * LION Olympiad Center: Specializes in preparing students for various academic Olympiads, boasting impressive statistics with numerous gold, silver, and bronze medals. * LANDAU App: A digital platform designed to support and enhance the learning experience. With numerous campuses across Baku, we provide a dynamic environment that is conducive to both studying and working. Our mission is to inspire and guide every student to become the best version of themselves, assisting in unlocking their full potential. We employ a phased and modern educational approach to uncover each student's talents and prepare them for success, distinguishing our methodology. At Landau Education Group, we believe in fostering a culture of collaboration, innovation, and continuous improvement, making it an ideal place for both learners and educators to thrive.
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Hal-hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
“Rabitəbank” ASC 1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir. Fəaliyyət göstərdiyi 30 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 26 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsini yaradaraq Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.
Azeri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azeri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək. Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med QSC Roche Diagnostics GmbH, Pfizer Export B.V, Novartis Pharma Services AG, Philips Medical Systems, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir. Ünvan: Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi 1/11 Əlaqə: +994554558404
PASHA Bank is one of Azerbaijan's leading corporate banks. Established in 2007, we offer all major financial services, including investment banking, trade financing and asset management to a range of clients, from large corporates to small and medium enterprises. The Bank particularly works closely with companies operating in the non-oil sectors of the economy, including agriculture, transportation, construction and retail, which are vital for helping Azerbaijan to diversify its economy. PASHA Bank is the largest private bank in Azerbaijan by total equity, and one of the top 3 private banks by assets. As of 30 June, 2019, the Bank's assets exceeded AZN* 4,483 million, while its total capital amounted to AZN 435 million. PASHA Bank is headquartered in Baku and has a total of 6 business centres, 3 branches and 2 FX offices across Azerbaijan. In 2013, we opened our first office in Georgia and office in Turkey in 2014. Our long-term regional vision envisages creating interconnected banking operations that will facilitate rapidly growing trade and deal flow between Baku, Tbilisi and Istanbul, the three most vibrant markets of the region.
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır. Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkəmizin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Cəmiyyətinin insan resursları siyasəti zəruri kadr resurslarının formalaşdırılması, effektiv idarə edilməsi və kadrların səmərəli fəaliyyətinin təmin edilməsini nəzərdə tutur.
Unibank – Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta biznesə maliyyə xidmətləri göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə institutları yer alır. Hazırda “AccessBank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, ölkə üzrə 28 filialı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Agentliyin əsas məqsədi ölkədə rəqəmsal sahənin inkişafına töhfə vermək, rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətini təşkil etmək, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Start-up) maliyyə dəstəyi vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərməkdir.
Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmış və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınmışdır.
Biz yeniliklərə açıq peşəkar komanda ilə əhalinin və sahibkarların bank təcrübələrini yeniləmək üçün çalışırıq. Müştərilərimizlə birgə Azərbaycanda maliyyə xidmətlərinə yeni imkanlar və ideyalar gətirir, çevik və şəffaf xidmətimizlə onların daha çox uğur əldə etməsinə töhfə veririk. Hazırda Yelo Bank-ın paytaxt və regionlarda (Salyan, Gəncə, Lənkəran, Masallı, Bərdə, Şamaxı, Ağcabədi, Qəbələ, Xaçmaz, Tovuz) ümumilikdə 20 filialı fəaliyyət göstərir. Bankın müştəriləri filiallara yaxınlaşaraq pərakəndə və biznes xidmətlərindən, həmçinin mobil və internet bankçılıq, kredit sifarişi, növbə, ödəmə, ölkədaxili və xarici köçürmələr kimi onlayn xidmətlərdən faydalana bilirlər.
“Azərbaycan Hava Yolları” (AZAL) ən iri aviadaşıyıcı və ən müasir hava gəmiləri parkına malik MDB ölkələrinin aviasiya ictimaiyyətinin liderlərindən biridir. O, sərnişinlərə xidmət keyfiyyətinə görə mülki aviasiya sənayesində liderlər sırasındadır. Bu, “Skytrax” tərəfindən tanınmış beynəlxalq reytinqdə yüksək mövqelər ilə təsdiqlənir. 1992-ci ilin aprelində müstəqillik əldə etdikdən sonra Respublika hökumətinin qərarı ilə Azərbaycanda aviasiya üzrə dövlət orqanı - "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 2008-ci ilin aprelində Azərbaycan Prezidentinin sərəncamı ilə "AZAL" dövlət konserni yenidən formalaşdırılaraq "Azərbaycan Hava Yolları" QSC adlandırılmışdır.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur. Daim öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd Elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə illik istehsal gücünü 1000000 tona (bir milyon tona) çatdırmışdır. 2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan BSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka(məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir. İstehsalatı maksimum şəkildə avtomatlaşdıran Şirkət bununla həm insan faktorundan yarana biləcək qəzaların qarşısını alır, həm istehsalatı sürətləndirir, həm də tam keyfiyyətli məhsulların istehsalını təmin edir.
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Bankın səhmdarları: AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1% Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasi Prezidentinin Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2023-cü il tarixli fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.