Xüsusi rəqəmsal məhsullar üçün məhsulun "backlog"nun yaradılması və prioritetləşdirilməsi;
Məhsul və biznes metriklərinin monitorinqi və bununla Bankın KPI-larına uyğun nəticələrə nail olunması;
Məhsulun yol xəritəsi və vizyonunun formalaşdırılması, təqdim edilməsi və komanda üzvlərinə çatdırılması;
Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçirilməsi üzrə dəqiqləşdirilmələrin aparılması, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rolun oynanılması;
Müştəriyə sürətli və müntəzəm biznes dəyəri yaradan məhsulların təqdim edilməsi üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rolun oynanılması;
Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs göstərilməsi və icrasına nəzarət edilməsi;
Digər Məhsul Sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatların bölüşülməsi və mümkün dəstəyin verilməsi şəraitində əməkdaşlıq edilməsi;
Komandadaxili işlərin gedişatı ilə bağlı birbaşa rəhbərlə şəffaf kommunikasiyanın aparılması;
Təşkilat daxilində həll yollarının asanlaşdırılması;
Məhsul strategiyasına uyğun həllərin prioritetləşdirılməsi və təqdim edilməsi üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edilməsi;
Bazar araşdırmasının aparılması və məhsulun rəqabət qabiliyyətinin və istifadəsinin artırılması üçün imkanların müəyyənləşdirilməsi;
"Agile" mərasimlərinin keçirilməsi üçün "Agile Coach" ilə əməkdaşlığın edilməsi: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s.;
Texniki həllərin və onların müştərinin ehtiyaclarına necə dəstək göstərməsinin dərindən öyrənilməsi;
Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiyanın aparılması;
Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşurların və təlimatların hazırlanması;
Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması;
Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi;
Bankın Təşkilati risklərin idarəedilməsinə dair Siyasətinə əməl edilməsi;
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirərək lazımi addımların atılması;
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarımillik və illik hədəflərə çatılması.
Tələblər
Sizdən nə tələb olunur?
Tələb olunan iş təcrübəsi: Biznes və ya İT istiqamətində məhsul inkişafı üzrə 5 (beş) ildən artıq peşəkar təcrübə;
Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (orta - minimum “intermediate” səviyyəsində),
Digər tələblər:
Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək, anlamaq və qərarları istiqamətləndirmək üçün həmin datadan istifadə edərək son məhsulu formalaşdırmaq bacarığı;
Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı;
Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, biznes bankçılığı (KOS, Korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspert anlayışına malik olmaq;
Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.);
Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqlar;
"Agile" və ya "Design Thinking" üzrə biliklərə sahib olmaq;
Komandada işləmə, problemləri həlletmə və konfliktlərin idarəedilməsi bacarıqları.