XXI Century International Education and Innovation Centre

Azərbaycan dili müəllimi

Today

210

Description

"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" MMC-də Azərbaycan dili müəllimi vəzifəsi üçün vakansiya mövcuddur. Bu vəzifə üzrə əsas funksiyalar arasında:

  • şöbənin iş planlarına və siyasətlərinə uyğun olaraq effektiv tədris metodları vasitəsilə şagirdlərin öyrənməsini idarə etmək;
  • tədrisdə davamlılıq, inkişaf və bütövlüyü təmin etmək;
  • kurikulum məqsədlərinə və şagirdlərin müxtəlif ehtiyaclarına uyğun olaraq müxtəlif metod və yanaşmalardan istifadə etmək və bütün şagirdlər üçün bərabər imkan yaratmaq;
  • ev tapşırıqlarını mütəmadi olaraq (ev tapşırığı siyasətinə uyğun şəkildə) vermək, öyrənməni möhkəmləndirmək və genişləndirmək;
  • tədrisin və öyrənmənin keyfiyyətini artırmaq üçün komandanın üzvü kimi səmərəli fəaliyyət göstərmək;
  • bütün şagirdlərin bilik və anlayışlarını dərinləşdirmək və nailiyyətlərini maksimuma çatdırmaq;
  • şagirdlərin özlərini təhlükəsiz və arxayın hiss etdikləri, özünəinamlarının dəstəkləndiyi qarşılıqlı hörmət mühitində müsbət davranış idarəçiliyindən istifadə etmək;
  • şəxsi təqdimat və peşəkar davranış vasitəsilə şagirdlərə nümunə olmaq;
  • məktəbin və şöbənin bütün siyasətlərini bilmək və dəstəkləmək.

Responsibilities

Tələblər:

  • Azərbaycan dili müəllimliyi üzrə bakalavr dərəcəsi;
  • Magistr dərəcəsi üstünlük hesab edilir;
  • Rus dili üzrə B2 səviyyədə yazılı və şifahi dil bilikləri tələb edilir.

 

Bilik və Bacarıqlar:

  • öz tədris fəaliyyətini təhlil etmək, şöbə/rəhbərlik komandasının rəylərinə əsaslanaraq tədris strategiya və texnikalarını tətbiq etmək bacarığı;
  • şagirdləri ən yaxşı nəticələrə nail olmağa motivasiya etmək bacarığı;
  • empatiya, həvəsli və səliqəli təqdimata malik, şagirdlərdə, valideynlərdə və əməkdaşlarda etimad yarada bilmək;
  • yaxşı təşkilatçılıq bacarığına malik olmaq, işə sistemli yanaşmaq, prioritetləri müəyyənləşdirmək və vaxtında icra etmək;
  • təşkilati və vaxtın idarə olunması bacarıqları.

 

Ünsiyyət və Əməkdaşlıq:

  • Effektiv ünsiyyət bacarıqları.
  • Yaxşı əməkdaşlıq bacarıqları, məktəbdə əsas şəxslərlə – həmkarlarla, şagirdlərlə və valideynlərlə – daxili və xarici işgüzar münasibətləri tez bir zamanda qurmaq bacarığı.

 

 İş qrafiki: 08:00-16:00

İş təcrübəsi: Azərbaycan dili müəllimi olaraq 2 il iş təcrübəsi arzuolunandır. Özəl məktəb təcrübəsi üstünlük hesab edilir.

 



 

About this role

Apply Before

October 14, 2025

Job Posted On

September 4, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category here

Education