Sosial-psixoloji dəstək mütəxəssisinin əsas funksiyası uşaqların sosial, emosional, davranış və psixoloji inkişafını dəstəkləmək, onların KİPİNA Uşaq Bağçasına uyğunlaşma prosesini izləmək, rifahını təmin etmək və hər bir uşağın fərdi xüsusiyyətləri nəzərə alınmaqla hərtərəfli (holistik) inkişafına töhfə verməkdir.
Mütəxəssis uşaqların inkişaf proseslərini müşahidə edir, adaptasiya və davranış çətinliklərini müəyyən edir, valideyn və müəllimlərlə əməkdaşlıq çərçivəsində dəstək tədbirlərini həyata keçirir, xüsusi diqqət tələb edən halların idarə olunmasını təmin edir və uşaqların sosial-emosional inkişafı ilə bağlı maarifləndirmə fəaliyyətlərini təşkil edir.
I. Ümumi müddəalar
- Fəaliyyətini KİPİNA Uşaq Bağçasının missiyası, dəyərləri, daxili qaydaları və etik prinsiplərinə uyğun həyata keçirir.
- Uşaqların təhlükəsizliyini, rifahını və sağlam psixoloji inkişafını fəaliyyətinin əsas prioriteti hesab edir.
- Uşaqların hüquq və mənafelərinin qorunmasını təmin edir.
II. Planlaşdırma və proqramların icrası
- Tədris ilinin əvvəlində sosial-psixoloji dəstək fəaliyyətləri üzrə illik fəaliyyət planının hazırlanmasında iştirak edir.
- Təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq illik, aylıq və həftəlik fəaliyyətləri həyata keçirir.
- Sosial-emosional inkişaf proqramlarının hazırlanmasında və tətbiqində iştirak edir.
- Fəaliyyətlərin effektivliyini qiymətləndirir və inkişaf istiqamətləri üzrə təkliflər verir.
III. Uşaqların müşahidəsi və inkişafın izlənilməsi
- Uşaqların sosial, emosional, davranış və inkişaf xüsusiyyətlərini sistemli şəkildə müşahidə edir.
- İnkişaf göstəricilərini izləyir və müşahidə nəticələrini sənədləşdirir.
- Risk qrupuna aid ola biləcək uşaqları erkən mərhələdə müəyyən edir.
- Davranış, emosional və inkişaf çətinliklərinin səbəblərini araşdırır.
- Uşaqların inkişaf səviyyələri, maraqları, güclü tərəfləri və ehtiyacları barədə məlumat toplayır və təhlil edir.
IV. Adaptasiya və oriyentasiya fəaliyyəti
- Yeni qəbul olunmuş uşaqların oriyentasiya və adaptasiya prosesini planlaşdırır və izləyir.
- Adaptasiya çətinliyi yaşayan uşaqlarla fərdi və qrup işi aparır.
- Adaptasiya prosesinin effektiv həyata keçirilməsi üçün aidiyyəti tərəflərlə əməkdaşlıq edir.
- Adaptasiya nəticələrini qiymətləndirir və müvafiq tövsiyələr hazırlayır.
- Tədris ili ərzində uşaqların bağça mühitinə uyğunlaşma səviyyəsini izləyir.
V. Fərdi iş, müşahidə və psixoloji dəstək
- Müəllimlər və ya valideynlər tərəfindən yönləndirilən uşaqlarla bağlı müşahidə və araşdırmalar aparır.
- Ehtiyac yarandıqda uşaqlarla fərdi görüşlər keçirir.
- Sosial və emosional bacarıqların inkişafına yönəlmiş fərdi və qrup fəaliyyətləri təşkil edir.
- Uşaqların özünüifadə, özünənəzarət, ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişafına dəstək göstərir.
- Uşaqların özünəinamının və müsbət davranış vərdişlərinin formalaşmasına kömək edir.
VI. Qiymətləndirmə və araşdırmalar
- Yaşa uyğun müşahidə, skrininq və qiymətləndirmə vasitələrindən istifadə edir.
- İnkişaf və davranış göstəricilərinin qiymətləndirilməsini həyata keçirir.
- Qiymətləndirmə nəticələrini təhlil edir və müvafiq tövsiyələr hazırlayır.
- Uşaqların sosial-emosional inkişaf səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar aparır.
VII. Valideynlərlə əməkdaşlıq və məlumat mübadiləsi
- Valideynlərlə fərdi görüşlər keçirir.
- Uşaqların inkişafı ilə bağlı valideynlərə məlumat, rəy və tövsiyələr verir.
- Valideyn müraciətlərini qəbul edir və aidiyyəti üzrə cavablandırır.
- Xüsusi diqqət tələb edən hallarla bağlı valideynlərlə müntəzəm əlaqə saxlayır.
- Valideynlər üçün maarifləndirici seminarlar, təqdimatlar və görüşlər təşkil edir.
- Valideynlərin sosial-psixoloji dəstək sahəsi üzrə müraciət və şikayətlərinin araşdırılmasında iştirak edir.
VIII. Müəllimlərlə əməkdaşlıq
- Müəllimlərlə uşaqların inkişaf xüsusiyyətləri və ehtiyacları barədə məlumat mübadiləsi aparır.
- Müəllimlərə davranış idarəetməsi və sosial-emosional inkişaf mövzularında metodiki dəstək göstərir.
- Müəllimlərin müraciətləri əsasında uşaqlarla bağlı araşdırmalar aparır.
- Uşaqlarla bağlı hazırladığı tövsiyələri müəllimlərlə paylaşır və icrasını izləyir.
IX. İnklüziv təhsil və xüsusi ehtiyacların müəyyənləşdirilməsi
- Xüsusi təhsil və inkişaf ehtiyacları olan uşaqların erkən müəyyənləşdirilməsində iştirak edir.
- Fərdi dəstəyə ehtiyacı olan uşaqlar üçün tədbirlər planı hazırlayır.
- Zərurət yarandıqda loqoped, defektoloq, psixiatr, nevroloq və digər mütəxəssislərlə əməkdaşlıq edir.
- Valideynlərin aidiyyəti mütəxəssislərə yönləndirilməsi ilə bağlı tövsiyələr verir.
- İnklüziv təhsil mühitinin yaradılmasına və inkişaf etdirilməsinə dəstək göstərir.
X. Uşaq müdafiəsi və böhran halları
- Uşaq müdafiəsi və təhlükəsizlik siyasətlərinin tətbiqində iştirak edir.
- Uşaqların təhlükəsizliyinə və rifahına təhdid yarada biləcək halları müəyyən edir və aidiyyəti rəhbərliyi məlumatlandırır.
- Travma, zorakılıq, emosional böhran və digər kritik hallarda müəyyən edilmiş prosedurlara uyğun hərəkət edir.
- Böhran vəziyyətlərində uşaqlara və ailələrə ilkin psixoloji dəstək göstərir.
- Uşaq müdafiəsi ilə bağlı sənədləşmə və hesabatlılığı təmin edir.
XI. Maarifləndirmə və inkişaf fəaliyyəti
- Valideynlər üçün maarifləndirici materiallar, tövsiyələr və elektron bülletenlər hazırlayır.
- Müəllimlər üçün sosial-emosional inkişaf, davranış və psixoloji rifah mövzularında təlimlər keçirir.
- Uşaqların yaş xüsusiyyətlərinə uyğun inkişaf proqramlarının hazırlanmasında iştirak edir.
- Sosial-psixoloji dəstək fəaliyyəti üzrə yenilikləri və elmi tədqiqatları izləyir.
XII. Sənədləşmə və hesabatlılıq
- Fərdi müşahidə qeydlərini və fəaliyyət sənədlərini aparır.
- Uşaqlarla bağlı məlumatları məxfi şəkildə saxlayır.
- Aylıq, rüblük və illik fəaliyyət hesabatları hazırlayaraq Məktəbəqədər təhsil üzrə direktor müavininə təqdim edir.
- Fəaliyyət göstəricilərinin təhlilini aparır və inkişaf istiqamətləri üzrə təkliflər verir.
- Arxivləşdirmə və sənədlərin saxlanılması qaydalarına riayət edir.
XIII. İclaslar və korporativ fəaliyyətlər
- Bütün dövri iclaslarda iştirak edir və üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirir.
- Valideyn iclaslarında iştirak edir və zəruri təqdimatlar həyata keçirir.
- KİPİNA Uşaq Bağçasında təşkil olunan tədbirlərdə iştirak edir.
- Fəaliyyət sahəsinə uyğun olaraq KİPİNA Uşaq Bağçasını təmsil edir.
XIV. Digər öhdəliklər
- Elektron poçt və digər rəsmi kommunikasiya vasitələrini gündəlik izləyir.
- Digər bölmələrdən daxil olan sorğuların icrasına dəstək göstərir.
- İstifadə olunan proqram təminatı və sistemlərlə bağlı inkişaf təklifləri verir.
- Daxili və xarici müştəri məmnuniyyəti prinsiplərinə uyğun fəaliyyət göstərir.
- Məktəbəqədər təhsil üzrə direktor müavini tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Əlavə öhdəlik
KİPİNA Uşaq Bağçası tərəfindən təsdiq edilmiş əlavə vəzifə öhdəliklərini icra edir.
Əlavə A. KİPİNA Uşaq Bağçasının əməkdaşı olaraq ümumi öhdəliklər