Azərbaycan Dəmir Yolları
Home page
/
/
/
BI & Data Analitika üzrə mütəxəssis

BI & Data Analitika üzrə mütəxəssis

Today

20

Description

  • Biznes tələblərinə uyğun interaktiv hesabatların hazırlanması;
  • Məlumatların toplanması, təmizlənməsi, analizi və şərh edilməsi;
  • DWH, ML/AI və Data Science layihələrinin inkişafında iştirak;
  • Şöbələrarası layihələri koordinasiya etmək, texniki tələbləri biznes dilinə çevirmək prosesini təmin etmək;
  • Biznes problemlərini həll etmək üçün statistik təhlil, data mining və proqnozlaşdırıcı modelləşdirmə üsullarını tətbiq etmək və əldə edilən nəticələri qərarvermə prosesinə inteqrasiya etmək.

Requirements

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali (Riyaziyyat, Statistika, İT, Kompüter Elmləri, İqtisadiyyat, Mühəndislik və.s)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;


Bilməlidir:

  • SQL (məlumatların çıxarılması və transformasiyası), Python (pandas, numpy, scikit-learn və s.), BI alətləri (Power BI, Tableau və ya oxşarı) üzrə biliklər;
  • Data warehouse konsepsiyaları (star schema, ETL/ELT), statistika (təsviri statistika, ehtimal nəzəriyyəsi, hipotez yoxlanması, reqressiya analizi) və ML/AI əsasları üzrə nəzəri biliklər;
  • AI Tətbiqi & Prompt Engineering: Böyük Dil Modelləri (LLM) ilə iş, effektiv sorğu dizaynı və AI alətlərinin praktiki tətbiqi;
  • MS Office (Excel, PowerPoint) üzrə işlək bilik;
  • Git və ya versiya idarəetmə sistemlərindən istifadə bacarığı üstünlükdür;
  • Təchizat zənciri, logistika və nəqliyyat əməliyyatları sahəsində məlumatların idarə olunması təcrübəsi üstünlük hesab olunur;
  • Məlumatların idarə olunması üzrə əsas metodologiyalar, eləcə də qabaqcıl və səmərəli praktikalarla tanışlıq;
  • Korporativ mühitdə hesabatlıq və sənədləşmə qaydaları;
  • Etik məlumat istifadəsi və məxfilik prinsipləri.

About this role

Apply Before

May 6, 2026

Job Posted On

April 22, 2026

Job Type

Full-time

Category

Science, Technology, Engineering