Azərbaycan Dəmir Yolları
Home page
/
/
/
Böyük biznes analitik (İT üzrə)

Böyük biznes analitik (İT üzrə)

17-07-2026

1.7K

Hybrid

Description

  • Biznes tələblərinin müəyyənləşdirilməsi və onların rəqəmsal layihələr çərçivəsində funksional tələblərə çevrilməsi məqsədilə layihənin maraqlı tərəfləri ilə sıx əməkdaşlıq etmək;
  • Prosesin təkmilləşdirilməsi imkanlarını müəyyən etmək üçün layihə məlumatlarını və performans göstəricilərini təhlil etmək;
  • Layihələr üzrə tələb və məlumatların toplanması məqsədilə çarpaz funksional komandalar arasında görüşlərin təşkili və idarə olunmasını təmin etmək;
  • Layihənin planlaşdırılması və icrasını dəstəkləmək üçün istifadə hallarını, istifadəçi hekayələrini və digər layihə artefaktlarını hazırlamaq;
  • Layihə çərçivəsində yaranan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli üçün layihə menecerləri, proqramçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Layihənin vəziyyəti və gedişatının görünməsini təmin etmək üçün layihə tablosunu və hesabat şablonlarını hazırlamaq üçün rəqəmsal PMO komandası ilə işləmək, layihə sənədlərinin aktual olmasını və layihənin həyat dövrü ərzində düzgün saxlanmasını təmin etmək;
  • SQL sorğuları və Python skriptləri vasitəsilə mürəkkəb verilənləri təhlil etmək, hesabatları və analitik dashboard-ları avtomatlaşdırmaq və data-driven qərarvermə üçün təşkilati səviyyədə dəstək vermək.

Requirements

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • İngilis və Rus dilləri üzrə yaxşı səviyyədə biliklər;
  • Layihə və ya proqram idarəetmə metodologiyaları, alətləri və texnikaları haqqında dərin praktiki biliklər;
  • Generativ AI və böyük dil modelləri (LLM) ilə dərin iş, prompt mühəndisliyi, kontekst dizaynı və qiymətləndirmə bacarığı;
  • AI agent iş axınları, multi-agent orkestrasiya və LLM platformaları (n8n, Make, LangChain, LangGraph) üzrə biliklər;
  • SQL üzrə yüksək səviyyə (mürəkkəb JOIN, CTE, window functions, performance tuning) biliklər;
  • Python (skript yazma, pandas, REST API integration) və data manipulyasiyası üzrə iş;
  • Analitik düşüncə, detallara qarşı diqqətlilik, Güclü ünsiyyət və koordinasiya bacarığı.

About this role

Apply Before

July 31, 2026

Job Posted On

iyul 17, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Category

Science, Technology, Engineering