Azərbaycan Dəmir Yolları

Mühəndis-konstruktor

Today

60

Description

  • Sahədə icra olunan bütün tikinti və montaj işlərinin layihə sənədlərinə, texniki şərtlərə və normativlərə uyğunluğunu təmin etmək
  • Tikinti işlərinin keyfiyyətinə nəzarət etmək və aşkar edilən uyğunsuzluqları dərhal aradan qaldırmaq üçün tədbirlər görmək;
  • Tikinti və montaj işlərinin layihə həllərinə və texniki şərtlərə uyğun icrasına nəzarət etmək, texniki risklərin qarşısının alınması üçün tədbirlər hazırlamaq;
  • Dövlət standartlarının, tikinti normalarının və texniki qaydaların tətbiqinə nəzarət etmək, layihə-smeta sənədlərinin düzgünlüyünü və aktuallığını yoxlamaq;
  • İcra olunan işlərin gündəlik, həftəlik və aylıq hesabatlarını hazırlamaq;
  • İnşaat prosesində istifadə olunan konstruksiya elementlərinin və texnologiyaların keyfiyyətinə nəzarət etmək;
  • Podratçı və subpodratçı təşkilatlarla işlərin koordinasiyasını aparmaq, texniki məsələlərin həllini təmin etmək;
  • Layihələrdə müasir texnologiyaların və materialların istifadəsini təşviq etmək, texniki proseslərin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • İşlərin icrasında digər struktur bölmələri (mexanika, elektrik, memarlıq və s.) ilə koordinasiyanı təmin etmək;
  • Texniki risklərin qarşısının alınması üçün preventiv tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
  • Tikinti prosesində qarşıya çıxan problemlərin operativ və effektiv həllini təmin etmək.

Responsibilities

  • Müvafiq sahə üzrə ali təhsil (Mülki və sənaye tikintisi, Nəqliyyat tikintisi mühəndisliyi);
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Rus dili, İngilis dili;
  • Yüksək kommunikasiya bacarığı, komanda yönümlü çalışma, məlumatların idarə edilməsi;
  • Proqram bilikləri; Autocad, Microsoft Office, LİRA, SAP2000, ETABS, TEKLA
  • Tikinti-quraşdırma işlərinin aparılmasında qüvvədə olan dövlət normativləri (AzDTN, SNİP, EN, ISO və s.), texniki qaydalar və beynəlxalq standartlar üzrə geniş biliklər;
  • Layihə və işçi cizgilərin oxunması, analiz edilməsi və uyğunluğunun qiymətləndirilməsi bacarığı;
  • Tikinti prosesinə aid aktlar, protokollar, hesabatlar və texniki sənədlərin hazırlanması üzrə praktiki bacarıqlar;
  • İnşaat materiallarının texniki göstəriciləri, dayanıqlığı və uyğunluğunu qiymətləndirmək bacarığı;
  • Müasir tikinti texnologiyaları və texniki proseslər haqqında praktik bilik;
  • Layihə-smeta sənədlərinin oxunması və texniki uyğunluğunun yoxlanılması üzrə bacarıq;
  • Konstruktiv iş həcmlərinin hesablanması, material sərfiyyatı və texniki spesifikasiyaların hazırlanması üzrə biliklər;
  • Tikinti-quraşdırma işlərinin planlaşdırılması, icrası və koordinasiyasına nəzarət etmə bacarığı;
  • Texniki risklərin analizi və keyfiyyətə nəzarət metodologiyaları üzrə bilik;
  • Tikinti layihələrinin texniki ekspertiza və təhvil-təslim prosedurlarına dair məlumatlılıq;
  • Mühəndislik problemlərinin analizi, texniki optimallaşdırma və operativ qərarvermə bacarığı. 

About this role

Apply Before

December 31, 2025

Job Posted On

dekabr 18, 2025

Job Type

Full-time

Experience

5-8 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Logistics and Transportation