Azərbaycan Dəmir Yolları
Home page
/
/
/
Qatar tərtibçısı (Biləcəri)

Qatar tərtibçısı (Biləcəri)

22-06-2026

343

Closed

Description

  • Qatarların tərtib olunması, tərkiblərin dağıdılması, vaqonların açılması və qoşulması üzrə manevr işlərini yerinə yetirmək;
  • Vaqonların yükləmə-boşaltma məntəqələrinə və xüsusi təyinatlı yollara verilməsini təmin etmək;
  • Stansiya ərazisində manevr işlərini təhlükəsiz və müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
  • İnsanlarla tutulu, əndazəli və təhlükəli yüklərlə yüklənmiş vaqonlarla manevr işlərini xüsusi ehtiyatla icra etmək;
  • Vaqonların düzgün qoşulmasını, bərkidilməsini və hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamaq;
  • Manevr rəhbəri qismində manevr işlərinin düzgün və təhlükəsiz yerinə yetirilməsini təmin etmək;
  • Yükləmə və boşaltma işləri aparılan vaqonlarla manevr zamanı məsul şəxsin razılığı əsasında hərəkət etmək;
  • Stansiyanın texniki-sərəncam aktının tələblərinə uyğun olaraq vaqonların avtotormozlarını qoşmaq və tormoz başmaqları ilə bərkitmək;
  • Qatar heyətinin və vaqonların etibarlı bərkidilməsini, tormoz başmaqlarının istifadəsini və yoldəyişənlərin düzgün vəziyyətini təmin etmək;
  • Manevr işləri zamanı hərəkət təhlükəsizliyi, siqnalizasiya və əməyin mühafizəsi qaydalarına riayət etmək.

Requirements

  • Ümumi təhsil;
  • Növbəli iş rejimi;
  • Dəmiryolunun texniki istismar qaydaları, İşarəvermə təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;
  • Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.

About this role

Job Posted On

June 22, 2026

Job Type

Full-time

Category

Logistics and Transportation