Azərbaycan Dəmir Yolları
Home page
/
/
/
Sərnişin vaqonunun bələdçisi (Bakı-Balakən-Bakı reysi)

Sərnişin vaqonunun bələdçisi (Bakı-Balakən-Bakı reysi)

29-10-2024

2.9K

Description

  • Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
  • Vaqonların daxili avadanlıqlarının işlədilməsi və qorunmasını, vaqonun isitmə, elektrik avadanlığı, havalandırma, məişət soyuducuları və susoyuducuları, məcburi havalandırma və havanın kondisiyalaşdırılma qurğularının, yanğın işarəvericisinin, dövretmə nasoslarının, suqaynadıcıların, buksun qızmasına nəzarət işarəverici sisteminin və digər vaqon qurğularının işlək vəziyyətdə olmasını yoxlayaraq müəyyən etmək;
  • Vaqonlarında isitmə mövsümündə sistemin işlək vəziyyətdə olmasını, vaqonun lazım olan yanacaqla (odun, daş kömürü və s.) təchiz olunmasını, qazanqazanxananın yandırılmasını və yolda nəzarətdə saxlanılmasını təmin etmək; 
  • Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi; 
  • Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi; 
  • Minik və yolda hərəkət zamanı sərnişinlərin gediş sənədlərini, xidməti biletlə gedən sərnişinlərin şəxsiyyətini təsdiq edən sənədləri, həmçinin yoxlama keçirən şəxslərin təftiş etmək hüququ verən sənədlərini yoxlamaq, bilet üzrə yerində oturtmaq, sərnişinlərin tezalışan, partlayıcı, kəskin qoxulu materiallarla və maddələrlə vaqona minməsinə yol verməmək, yüklərin və ev heyvanlarının müvafiq normalara uyğun daşınması qaydalarına riayət edilməsini təmin etmək;
  • Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
  • Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi; 
  • Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
  • Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər aidiyyəti şəxsə məlumatın verilməsi; 
  • Qatar son məntəqəyə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi, hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi; 
  • Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi
  •  İş rejimi: növbəli qrafik (gecə növbəsi üzrə)


Responsibilities

  • Təhsil səviyyəsi: orta;
  • İş təcrübəsi: tələb edilmir
  • Xarici dil: Rus və ingilis dili üstünlükdür
  • Məsuliyyət və intizamlı olmaq;
  • Komanda ilə çalışmaq bacarığı;
  • Ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
  • Diqqətlilik
  • Müştəri yönümlülük
  • Nəticəyönümlülük
  • Problemlem həll etmə bacarığı
  • Mütəmadi ezamiyyətlərə hazır olmaq


About this role

Apply Before

December 30, 2024

Job Posted On

October 29, 2024

Job Type

Full-time

Category

Logistics and Transportation