Qonaqları (VİP sərnişinləri) qarşılamaq, yola salmaq, onların əl yüklərini yerləşdirmək, onlara xidmətin göstərilməsini təşkil etmək;
Qonaqların (VİP sərnişinlərin) biletlərini yoxlamaq və qeydiyyata almaq;
Giriş qapılarını bağlı saxlamaq, icazəsi olmayan şəxsləri buraxmamaq;
Növbə ərzində otaqlara, zallara baxış keçirmək;
Təmizlik işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək, istifadə olunan qab-qacaqların, çəngəl, bıçaq, qaşığın təmiz və dəst olmasına nəzarət etmək;
İnventar və vasitələrdən təyinatı üzrə istifadə etmək və onların təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Tədbirlərə hazırlıq işlərinin təşkilində və aparılmasında iştirak etmək, tədbirlərdən sonra qabların yuyulmasını yerinə yetirmək;
Əmək vəzifələrinin effektiv yerinə yetirilməsi üçün peşəkarlıq və kvalifikasiya səviyyəsini artırmaq;
Rəhbərliyin səlahiyyətləri və göstərişləri ilə vəzifə öhdəliyinə əsasən digər işləri yerinə yetirmək;
Əmək və istehsal intizamı, daxili intizam, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
Responsibilities
Təhsil səviyyəsi: ümumi;
Dil bilikləri: Rus və ya ingilis dili yaxşı səviyyədə
Yerinə yetirdiyi işlərə dair normativ sənədlər və metodiki materiallar;
Təmizlik işlərinin aparılması qaydası;
İstifadə olunan avadanlıq və vasitələrin təyinatı, quruluşu və onlardan təhlükəsiz istifadə qaydası;
Daxili intizam qaydaları;
Müştərilərə xidmətin göstərilməsi qaydası və üsulları;