Həyacan siqnalı elan edildikdə dərhal yerini tutmaq, növbə rəisinin göstərdiyi yerə getmək;
Baş vermiş yanğın hadisəsinin qarşısını almaq, hadisə zamanı əməkdaşları və maddi dəyərləri xilas etmək;
Xidməti vəzifələrini vaxtında, dəqiq və təhlükəsiz yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək;
Növbər rəisi və aqreqatlar maşinisti məzuniyyətdə olduqda, həmçinin vəzifə səlahiyyətlərini icra edə bilmədiyi digər hallarda onları əvəz etmək;
Xidməti vəzifəsinin icrası zamanı yanğından mühafizə qatarını və qatarın yerləşdiyi ərazini tərk etməmək, yatmamaq, işində, hərəkətində daim sayıq davranmaq, cəsurluq, qorxmazlıq və qətiyyətlilik nümayiş etdirmək;
Xidməti geyim formasını, fərqlənmə nişanını səliqəli daşımaq, xarici görkəminə diqqətlə yanaşmaq, hər zaman səliqəli olmaqla davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərmək, xidməti borcunu yerinə yetirərkən obyektin işçiləri, iş yoldaşları və vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmaq;
Zərurət yarandığı hallarda rəhbərliyin tapşırığı əsasında mühafizə postlarında xidmət aparmaq;
Rəhbərlik tərəfindən verilən digər əmr və göstərişləri yerinə yetirmək.
Responsibilities
Təhsil səviyyəsi: Orta təhsil
Yanğınsöndürən mayelərin xüsusiyyətləri, yanğın aqreqatlarından istifadə bacarığı
Fərdi mühafizə vasitələrindən istifadə qaydaları, yanğınsöndürən avadanlıqların xüsusiyyətləri və onlardan istifadə qaydaları
Əməyin mühafizəsi, yanğından mühafizə üzrə norma və qaydalar
Təxirəsalınmaz ilkin tibbi yardım qaydaları
Peşəkar ehtiyatlılıq, nəticəyönümlülük, nomanda işi, problem həlletmə