AQA Şirkətlər Qrupu "Alpinist" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
Kəndir vasitəsi ilə yüksək hündürlüklü binalarda fasadların və şüşələrin təmizlənməsi;
Təmizlik qrafikinə əsasən tapşırılmış hündürlükdəki sahələrin təmirini və təmizliyini həyata keçirir;
Hündürlükdəki sahələrin təmirini və təmizliyini həyata keçirərkən küləyin surəti ilə bağlı hava proqnozuna əməl edir;
Texniki işlər üzrə menecerinə təmirdə istifadə edilən mal-material üzrə bütün nöqsanlar haqqında məlumat verir;
Hündürlükdəki sahələrə dırmanma zamanı istifadə edilən avadanlıq və vasitələrinə, eləcə də onların ehtiyyat hissələrinə ehtiyatla yanaşır, onu işlək vəziyyətdə və təmiz saxlayır, işləyən avadanlığın nəzarətsiz buraxmır;
Daxili intizamı qaydalarına və iş rejiminə riayət edir;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edir;
Şirkətin standartlarına uyğun işləmək;
Şirkətin verdiyi sifarişləri yerinə yetirmək.
Responsibilities
Hündürlükdə görülən işlər üçün nəzərdə tutulan sertifikat mütləq olmalı;
Təhlükəsizlik qaydalarını bilməli;
İntizamlı və məsuliyyətli olmalı;
Komanda ilə işləmə bacarığı olmalı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında icra etməli.