AQA Şirkətlər Qrupu
Home page
/
/
/
Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə)

Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə)

08-04-2025

533

Description

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Faktorinq bölməsində Faktorinq üzrə kiçik mütəxəssis/mütəxəssis (İngilis və ya alman dili üzrə) vakansiyasını elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır. Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

 

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə öhdəlikləri:


  • Müraciət etmiş müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
  • Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
  • Müştərilərin ödəmə qabiliyyətinin təhlil edilməsi
  • Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Portfelə nəzarət və gündəlik ödəmələrin təqib edilməsi

Responsibilities

  • Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
  • 21-35 yaş aralığı
  • Əla səviyyədə İngilis dili və ya alman dili biliyi
  • Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət 
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
  • Ofis proqramları (Word, Excel, Outlook) üzrə biliklər



Əlavə məlumat

·      5 günlük iş qrafiki: 10:00 – 19:00

About this role

Apply Before

May 18, 2025

Job Posted On

April 8, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration