AQA Şirkətlər Qrupu
Home page
/
/
/
İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı

Today

3.9K

Description

AQA Şirkətlər Qrupu "İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərində nasazlıqların aşkar edilməsi və düzgün diaqnostikanın aparılması;
  • Kondisionerləşmə layihələrini oxuma və tətbiq etmə bacarığı;
  • Divar, şkaf və mərkəzləşdirilmiş kondisioner sistemlərinə dövri texniki xidmətin göstərilməsi;
  • Daxili və xarici blokların montaj və demontaj işlərinin icrası;
  • Kondisioner sistemlərinə qaz vurulması, qaz sızmalarının aşkarlanması, aradan qaldırılması və sistemlərin tənzimlənməsi;
  • Ana platalarda (ana kartlarda) yaranmış nasazlıqların müəyyən edilməsi;
  • Mono, multi və VRF sistemləri üzrə təmir işlərinin aparılması və ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsi;
  • Kompressorların, iki çıxışlı klapanların, sensorların, fan mühərriklərinin və digər mexaniki hissələrin dəyişdirilməsi;
  • İdarəetmə pultları, mikrosxemlər və elektrik naqillərinin əvəz edilməsi;
  • Kran, kondensator, istilik tənzimləyicisi və maqnit işəsalıcıların dəyişdirilməsi;
  • Kondisioner sistemlərinin xüsusi kimyəvi vasitələrlə yuyulması və süzgəclərin təmizlənməsi;
  • Mərkəzləşdirilmiş VRF sistemlərində mis və drenaj borularının, siqnal kabellərinin çəkilməsi, joint-lərin qaynaq edilməsi və izolyasiya olunması;
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, istismar qaydalarına və daxili prosedurlara riayət edilməsi;
  • Tələb olunan material və ehtiyat hissələrinin anbardan çıxarılması, onlardan düzgün və qənaətlə istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi;
  • Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Responsibilities

  • Təhsil: Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Sertifikat / vəsiqə / lisenziya: arzuolunandır;
  • Yaş həddi: 30–50 yaş;
  • Kompüter bilikləri: Microsoft Office proqramları (üstünlükdür);
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətli, işgüzar və nizam-intizamlı olmaq.


Əlavə qeyd:

  • Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.

About this role

Apply Before

January 30, 2026

Job Posted On

dekabr 18, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

High school

Category

Construction and Real Estate