Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC IT Helpdesk vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
· Windows sistemlərinin quraşdırılması, sazlanması və yaranan nasazlıqları aradan qaldırılması;
· İstifadəçilərindən və müştərilərdən gələn sorğuların icra olunması;
· E-poçtun quraşdırılması və konfiqurasiyası.
· Kompüter və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazlara texniki qulluq edilməsi, problemlərin aşkara çıxarılaraq həll olunması.
· Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
· Kompüter avadanlıqları ilə tanışlıq;
· Windows, MAC əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
· Active Directory üzrə biliklər;
· Kompüter şəbəkələri, topologiyaları və protokolları haqqında biliklər;
· Acronis backup üzrə biliklər;
· Ünsiyyət bacarıqları;
· Verilən tapşırıqları operativ şəkildə yerinə yetirmək.
Apply Before
December 25, 2024
Job Posted On
November 15, 2024
Job Type
Full-time
Salary
400 - 400 AZN
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Yesterday
52
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Yesterday
44
"Azərbaycan Hava Yolları" QSC ● Bakı, Azərbaycan
Yesterday
80
PASHA Bank ● Bakı, Azərbaycan
03-12-2024
1.4K