AQA Şirkətlər Qrupu
Home page
/
/
/
Korporativ satış üzrə mütəxəssis

Korporativ satış üzrə mütəxəssis

22-10-2024

2.1K

Description


 "AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti "Korporativ satış üzrə mütəxəssis" vakansiyasını elan edir:


Digitale Agency 2023-cü ildən fəaliyyət göstərən rəqəmsal reklam agentliyidir.

Bir neçə istiqamətdə fəaliyyət göstərən agentlik müştərilərə əsasən rəqəmsal marketinq, podcast çəkilişləri və biznes mərkəzlərində reklam yerləşdirilməsi xidmətlərini təklif edir.

Müştərilərin xüsusiylə rəğbət bəslədiyi podcast çəkilişləri, müvafiq sosial şəbəkəyə uyğun kontentin hazırlanması, video və foto çəkilişlər, o cümlədən, qrafik dizayn xidmətləri agentliyin fəaliyyət sahəsinin əsasını təşkil edir.


Vəzifə öhdəlikləri:

  • Agentliyin biznes strategiyalarını aydın şəkildə başa düşmək, hədəfləri təyin etmək və bu məqsədlərə çatmaq üçün fəaliyyət planlarını hazırlamaq;
  • Fəaliyyət planlarını və maliyyə məqsədlərini hər rüb yeniləmək;
  • Yeni bazarları, biznes imkanlarını müəyyənləşdirmək və satışları artırmaq;
  • Agentliyin xidmətlərinin satış fəaliyyət planlarını həyata keçirmək;
  • Agentlik üçün əsas satış potensialının hədəflənməsi;
  • Gələcək çəkilişləri təmin etmək üçün mövcud və yeni müştərilərlə əlaqələr qurmaq;
  • Müştərilər üçün satış təkliflərinin hazırlamaq;
  • Agentliyin üstünlüklərini və imkanlarını izah etmək üçün şirkətlərin nümayəndələri ilə görüşlər keçirtmək;
  • Analitik bazar təhlili apara bilmək.

Responsibilities

  • Səlist nitq qabiliyyəti;
  • Yüksək satış qabiliyyəti;
  • Marketing bilikləri;
  • Korporativ əlaqələrin olması;
  • Peşəkar, işgüzar görünüş və təqdimat bacarığı;
  • Azərbaycan və İngilis dilində səlis yazı və fikirlərini ifadə etməsi, müxtəlif satış ideyaların təklif edilməsi;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Deadlineları vaxtında çatdırmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • İşə qarşı diqqətli və məsuliyyətli olmalı;
  • Mehriban, səmimi olmalı.


İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş saatları: 10:00-19:00 (Şənvə və bazar qeyri-iş günü);

About this role

Apply Before

noyabr 21, 2024

Job Posted On

oktyabr 22, 2024

Job Type

Full-time

Salary

Müsahibə əsasında - AZN

Category

Sales and Customer Services