AQA Şirkətlər Qrupu
Home page
/
/
/
Maliyyə işləri üzrə təcrübəçi

Maliyyə işləri üzrə təcrübəçi

Today

6

Description

Maliyyə şöbəsinin gündəlik iş proseslərinə dəstək göstərmək, maliyyə və müştəri məlumatlarının sistemə daxil edilməsində, ilkin yoxlanılmasında, sənədlərin hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsində iştirak etmək.

Təcrübə müddətində əməkdaş icarə və kommunal ödənişlər üzrə hesabların hazırlanması, müqavilə və ödəniş məlumatlarının işlənməsi, debitor borcları üzrə ilkin məlumatların hazırlanması və maliyyə sistemləri ilə işləmək üzrə praktiki təcrübə əldə edəcək.

6 aylıq təcrübə müddətinin nəticələrinə əsasən uğurlu namizədin Maliyyə üzrə kiçik mütəxəssis vəzifəsinə keçirilməsi nəzərdən keçiriləcək.

Requirements

  1. Ali təhsil; maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya biznes istiqaməti üzrə təhsil üstünlükdür.
  2. İş təcrübəsi tələb olunmur.
  3. MS Excel proqramında baza səviyyədə işləmək bacarığı.
  4. Kompüter və elektron sənədlərlə işləmək bacarığı.
  5. Rəqəmlər və məlumatlarla işləyərkən diqqətli və dəqiq olmaq.
  6. Məlumatları müqayisə etmək və uyğunsuzluqları müəyyən etmək bacarığı.
  7. Sənədlərlə sistemli və nizamlı işləmək bacarığı.
  8. Yeni proqramları və iş proseslərini öyrənməyə hazır olmaq.
  9. Məsuliyyətli və intizamlı olmaq.
  10. Məxfi məlumatlarla işləmə qaydalarına riayət etmək.
  11. Azərbaycan dilində sərbəst işləmək.

About this role

Apply Before

September 23, 2026

Job Posted On

avqust 24, 2026

Job Type

Full-time

Career level

Graduate

Category

Finance, Business and Administration