AQA Şirkətlər Qrupu
Home page
/
/
/
Satış məsləhətçisi (Sumqayıt filialı)

Satış məsləhətçisi (Sumqayıt filialı)

16-11-2024

3.3K

Closed

Description

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Sumqayıt filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərməlidir.
  • Şirkətin korporativ geyim, korporativ yazışma, korporativ davranış və ünsiyyət qaydalarına riayət etməli, şəxsi təmizliyinə və xarici görünüşünə fikir verməlidir.
  • İşçi iclaslarında və təlimlərində iştirak etməlidir, fərdi və professional bilik və bacarıqlarını artırmalıdır.
  • Müştərilərlə dostcasına, pozitiv ünsiyyət qurmalı, bütün işçilər üçün bu sahədə nümunəvi davranış göstərməlidir.
  • Müştəriləri təbəssümlə qarşılamalıdır. Onlara suallar verib ehtiyaclarını öyrənməli və brendin korporativ imicə uyğun xidmət göstərməlidir.
  • Müştəriləri malı yoxlamağa ruhlandırmalı, əlavə satış təmin olunması üçün əlverişli kombinasiya təklif etməlidir.
  • Müştərilərə ümumi kolleksiyalar və məhsullar, eyni zamanda ödəniş metodları və xüsusi təkliflər barədə məlumat verməlidir.
  • Mağazadakı iş həcmindən asılı olaraq, ilk müştərinin icazəsi ilə eyni vaxtda bir neçə müştəriyə xidmət göstərməlidir.
  • Əgər müştərinin istədiyi mal manekenin üzərindədirsə və mağazada daha yoxdursa, o zaman həmin malın müştəriyə satılmasını təmin etməlidir.
  • Mağazaya malı qaytarmaq və ya dəyişmək üçün gələn müştərini müsbət üz ifadəsi ilə qarşılamalı, prosedura uyğun mağaza müdiri və ya bölmə müdirinə məlumat verməklə, kassa bölməsinə və nəzarətçiyə yönləndirərək köməklik göstərməlidir.
  • Mağazanın aylıq, həftəlik və gündəlik satış hədəfləri barədə mağaza rəhbərliyindən məlumat almalı və öz satış hədəflərinə nail olmağa can atmalıdır.
  • Mağaza ərazisində həyatın və ya əmlakın təhlükəsizliyinə xələl gətirə biləcək şübhəli hal, şübhəli bağlama və s. olarsa dərhal mağaza müdirini və nəzarəçini bu barədə məlumatlandırmalıdır.
  • Mağaza müdiri tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında yerinə yetirmək. 

Responsibilities

  • Təhsil: Orta və ali təhsil
  • Yaş həddi: 18-36 yaş aralığı
  • İş rejimi: 6 günlük (növbəli)
  • İş saatı: gün ərzində 8 saatdan çox olmayaraq

About this role

Apply Before

November 29, 2024

Job Posted On

November 16, 2024

Job Type

Full-time

Salary

460azn (net) + Bonus - 460azn (net) + Bonus AZN

Category

Sales and Customer Services