"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Music Gallery brendinə aid elektronika mağazası "Satış məsləhətçisi" vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tətbiq etmək;
- Vitrinlərin, rəflərin tərtibatı, mal təminatını izləmək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
- Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
- Qoyulmuş satış hədəflərinə çatmaq;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- Şirkətin qəbul etdiyi qayda və prosedurlara riayət etmək