ARI GLOBAL MMC

Qrafik Dizayner

  • ARI GLOBAL MMC
  • 9RG8+G79, Akademik Lətif İmanov, Bakı, Azərbaycan
  • Full-time

Today

246

Hybrid

Description

Yaradıcı, təşəbbüskar və yeniliklərə açıq qrafik dizayner axtarırıq! Sosial media üçün göz oxşayan vizuallar, animasiyalar və dinamik videolar hazırlamağı sevirsənsə, sənin üçün maraqlı imkanımız var.Vəzifə öhdəlikləri:

Şirkətin sosial media hesabları üçün kreativ reklam bannerləri, postlar, story və digər vizual materialların hazırlanması

Məhsul və xidmətlərin tanıtımı üçün motion qrafika, animasiya və reklam videolarının hazırlanması

Instagram Reels, TikTok və YouTube Shorts üçün dinamik video kontentin yaradılması

Süni intellekt alətlərindən istifadə etməklə foto, video, animasiya və digər kreativ kontentin hazırlanması

Yeni AI və dizayn texnologiyalarının gündəlik iş prosesinə tətbiqi

Requirements

Adobe Photoshop, Illustrator, After Effects, Premiere Pro, Canva və digər dizayn proqramları ilə işləmək bacarığı

Sosial media platformaları (Instagram, Facebook, LinkedIn, TikTok, YouTube) üçün kreativ vizuallar və animasiyalar hazırlamaq bacarığı

Süni intellekt alətləri ilə işləmək bacarığı (ChatGPT, Midjourney, Runway, Google Gemini, Kling AI və digər AI foto/video generasiya alətləri)

Müasir dizayn trendlərini, sosial media formatlarını və vizual marketinq prinsiplərini bilmək

Kompozisiya, rəng və tipoqrafiya qaydalarını bilmək

Məsuliyyətli, yaradıcı və komanda ilə işləməyə açıq olmaq

İngilis dili biliyi üstünlükdür

İşə qəbul mərhələləri:


Portfolio müraciəti: Namizədlər portfoliolarını (link və ya PDF) göndərirlər. İlkin seçim portfolioya əsasən aparılır. Portfolioda statik dizaynlarla yanaşı, motion/video işlər də olması üstünlükdür.

Praktiki tapşırıq: Seçilən namizədlərə dizayn və motion bacarıqlarını, kreativ yanaşmalarını qiymətləndirmək üçün praktiki tapşırıq təqdim olunacaq.


Müraciət üçün:

📧 [email protected]

📱 050 570 85 07

About this role

Apply Before

December 27, 2026

Job Posted On

November 27, 2026

Job Type

Full-time

Category

Mass Media and Public Relations