ATB Bank
Home page
/
/
/
Risk Texnologiyaları Şöbəsində Aparıcı/Baş mütəxəssis

Risk Texnologiyaları Şöbəsində Aparıcı/Baş mütəxəssis

  • ATB Bank
  • 192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azerbaijan
  • Full-time

Yesterday

544

Description

  • Yarımillik stress testlərin planlaşdırılması və icrası vasitəsilə bankın kapital dayanıqlığını, likvidlik mövqeyini və kredit portfelinin davamlılığını qiymətləndirmək;
  • Müvafiq statistik və iqtisadi modellərin (stress ssenariləri, makroiqtisadi təsirlər) seçilməsi, kalibrlənməsi və optimallaşdırılmasını təmin etmək;
  • Stress ssenarilərinin mənfəətlilik, kapital adekvatlığı və problemli kreditlər üzrə təsirini proqnozlaşdıraraq risklərin azaldılması üçün strateji tədbirlər və sağlamlaşdırma (recovery) planlarını hazırlamaq;
  • Mövcud kredit riski modellərinin back-testing və benchmarking üsulları ilə validasiyasını aparmaq və metodoloji sənədləşməni təkmilləşdirmək;
  • SQL, Python və ya R alətlərindən istifadə etməklə böyük həcmli məlumatları analiz etmək, risk tendensiyalarını müəyyənləşdirmək və data-əsaslı qərarvermə modelləri qurmaq;
  • Yeni və mövcud bank məhsullarının risk parametrlərini, qiymət siyasətinə və kapital tələblərinə təsirini qiymətləndirərək mütəmadi monitorinqini həyata keçirmək.


Requirements

  • İqtisadiyyat, maliyyə, riyaziyyat, statistika və ya data analitikası sahələri üzrə ali təhsil (CFA, FRM və ya SQL/Oracle sertifikatları arzuolunandır).
  • Bank və ya maliyyə sektorunda risk idarəçiliyi, analitika və maliyyə modelləşdirilməsi sahəsində minimum 3 il iş təcrübəsi (stress testlərin icrası və risk modellərinin qurulması üzrə təcrübə mütləqdir).
  • Stress test metodologiyaları, Basel komitəsinin standartları, kredit və likvidlik risklərinin idarə olunması, həmçinin regresiya analizi və Monte Carlo simulyasiyası kimi statistik metodlar üzrə dərin biliklər.
  • SQL və Python (və ya R) proqramlaşdırma dilləri ilə verilənlər bazası üzərində analitik iş təcrübəsi, həmçinin Excel-də kompleks maliyyə modellərinin qurulması bacarığı (Power BI/Tableau biliyi arzuolunandır).
  • Analitik düşünmə qabiliyyəti, böyük həcmli data ilə işləməkdə yüksək diqqət və dəqiqlik, komandada işləmək və hesabatlılıq bacarığı.
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini isə sənədləşmə və beynəlxalq metodologiyalarla işləyə biləcək səviyyədə (minimum orta) bilmək.


About this role

Apply Before

February 18, 2026

Job Posted On

January 9, 2026

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration