ATB Bank
Home page
/
/
/
Strateji planın icrasına nəzarət şöbəsində mütəxəssis / baş mütəxəssis

Strateji planın icrasına nəzarət şöbəsində mütəxəssis / baş mütəxəssis

  • ATB Bank
  • 192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Full-time

12-05-2026

507

Description

  • Gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, təhlili və hesabatlılığın aparılması
  • KPI və performans göstəricilərinin hesablanması, monitorinqi və tətbiqinin dəstəklənməsi
  • Strateji plan, layihə və təşəbbüslərin icra vəziyyətinin izlənməsi, təhlili və koordinasiya prosesində iştirak
  • Müxtəlif struktur bölmələrdən məlumatların toplanması, emalı, təhlili və analitik hesabatların hazırlanması
  • Dashboard, hesabat və monitorinq alətləri üçün məlumatların strukturlaşdırılması və vizuallaşdırılması
  • Maliyyə modellərinin, biznes keyslərinin və hesabatlılıq tələblərinin hazırlanması və aidiyyəti tərəflərlə razılaşdırılması
  • Biznes məqsədlərinə uyğun təkliflərin, şərtlərin və inkişaf imkanlarının araşdırılması və formalaşdırılması
  • Müştəri, məhsul, proses və sistem məlumatlarının SQL, Python və digər alətlərlə emalı, optimallaşdırılması və keyfiyyətinə nəzarət
  • Standart və qeyri-standart (ad-hoc) hesabatların hazırlanması və təqdim olunması
  • Layihələrin icrası zamanı yaranan problem və risklərin izlənməsi, məlumatlandırılması və həlli istiqamətində iştirak
  • Maliyyə, bank və Fintech bazarındakı yeniliklərin izlənməsi və tətbiq imkanlarının qiymətləndirilməsi
  • Tapşırıqların müəyyən edilmiş iş planına uyğun və vaxtında icra olunması
  • Fəaliyyət istiqaməti üzrə daxili prosedur, qayda və normativ sənədlərin tələblərinə uyğun digər funksiyaların yerinə yetirilməsi.


Requirements

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə)
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
  • Strateji planlama, KPI idarəçiliyi, layihə idarəçiliyi, analitika və ya performans monitorinqi sahəsində təcrübə üstünlükdür
  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi arzuolunandır
  • Beynəlxalq sertifikatların (PMI, PMP, CBAP və s.) olması üstünlükdür
  • MS Excel və PowerPoint proqramları üzrə yaxşı biliklər
  • KPI və hesabatlılıq sistemləri üzrə biliklər
  • Data analitikası, dashboard və monitorinq alətləri ilə işləmə bacarığı
  • Layihə idarəçiliyi və risklərin idarə olunması üzrə biliklər
  • Strateji planlama və performans ölçmə mexanizmləri üzrə anlayış
  • Analitik hesabatların hazırlanması və təqdimat bacarıqları
  • Güclü analitik düşüncə və detallara diqqət
  • Problemlərin həlli və qərarvermə bacarığı
  • Komandada işləmək və effektiv koordinasiya bacarığı
  • Vaxtın idarə olunması və prioritetləşdirmə bacarığı
  • Güclü yazılı və şifahi kommunikasiya bacarıqları
  • Liderlik, təşəbbüskarlıq və stakeholder management bacarıqları.

About this role

Apply Before

June 11, 2026

Job Posted On

May 12, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Category

Finance, Business and Administration