A
Home page
/
/
/
Qeydiyyat üzrə mütəxəssis

Qeydiyyat üzrə mütəxəssis

29-01-2026

789

Description

  • Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması üçün kontragentlərlə danışıqların aparılması;
  • Sənədlərin yerli qanunvericiliyin tələbləri əsasında toplanması, təhlili;
  • Yerli dövlət orqanına qeydiyyat müraciətinin həyata keçirilməsi, ekspertiza prosesinin izlənilməsi və qeydiyyat vəsiqəsi alınanadək aparılan qeydiyyat prosedurunun yerinə yetirilməsi;
  • BAQM (Bioloji aktiv qida məhsulu) tərkiblərinin analizi;
  • Yerli qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlərin təhlili, dərman vasitəsi olub-olmamasıyla bağlı rəyi təmin edən dövlət orqanına müraciətin həyata keçirilməsi və rəyin alınması;
  • BAQM-nun dövlət reestrinə salınmasının təmin edilməsi;
  • Azərbaycan Respublikasının Dərman Vasitələri Haqqında Qanununun hər hansı dəyişikliklərinin izlənilməsi və analizi;
  • Razılaşma şərtlərində qeyd edilən zaman çərçivəsində kontragentlərə qanunda baş vermiş hər hansı dəyişikliklə bağlı məlumatın yazılı formada bildirilməsi;
  • Yeni kontragentlərlə razılaşmanın tərtibatı zamanı qeydiyyat proseduruyla bağlı dəstəyin göstərilməsi.

Requirements

  • Təhsil Ali - Tibb sahəsi üzrə;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində professional yazı qabiliyyəti (rus dili üstünlükdür);
  • Bu sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Microsoft Office proqramları;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik qabiliyyət və problem həll etmə bacarığı.

About this role

Apply Before

March 10, 2026

Job Posted On

January 29, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Graduate

Education

Bachelor's Degree

Category

Healthcare Services

Perks and Benefits

  • Pasha insurance
  • Loyallıq kartı