Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Auditor

06-08-2025

1.1K

Description

  • Təşkilatın fəaliyyət risklərini nəzərə almaqla illik audit planını hazırlamaq;
  • Audit planında yüksək riskli sahələrə prioritet vermək;
  • Təşkilatdaxili qaydaların, prosedurların və normativ tələblərin icrasına nəzarət etmək;
  • İş proseslərinin səmərəliliyini və effektivliyini qiymətləndirmək;
  • Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin funksionallığını təhlil etmək;
  • Müxtəlif şöbə və proseslər üzrə sistemli audit yoxlamaları aparmaq;
  • Potensial sui-istifadə, pozuntu və riskləri müəyyən etmək;
  • Audit proqramına uyğun sənədlərin yoxlanılması, müşahidə və müsahibələr təşkil etmək;
  • Audit yoxlamalarının nəticələrinə əsasən tapıntılar formalaşdırmaq və hesabat hazırlamaq;
  • Aşkarlanmış uyğunsuzluqlar və risklərlə bağlı rəhbərliyə hesabat təqdim etmək;
  • Tövsiyələr və tədbirlər planı hazırlamaq və onların icrasını izləmək;
  • Audit hesabatlarında qeyd olunan tövsiyələrin yerinə yetirilməsini monitorinq etmək;
  • Tövsiyələrin icra vəziyyəti ilə bağlı dövri hesabatlar hazırlamaq;
  • İdarə heyəti, Audit Komitəsi və digər rəhbər şəxslərin müraciəti əsasında planlaşdırılmamış audit yoxlamaları aparmaq.


Responsibilities

  • Maliyyə, vergi, əmək və digər aidiyyəti qanunvericilik aktları üzrə biliklərə malik olmaq;
  • Mühasibat uçotu və maliyyə hesabatlığı üzrə standartları bilmək;
  • Maliyyə hesabatlarının (balans, mənfəət və zərər hesabatı və s.) təhlilini aparmaq bacarığına sahib olmaq;
  • Maliyyə və qeyri-maliyyə əməliyyatlarının düzgünlüyünü yoxlamaq bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, təqdimat etmək qabiliyyəti;
  • Komanda ilə işləmək və qarşılıqlı əməkdaşlıq bacarığı;
  • Microsoft Office proqramlarında (xüsusilə Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı;
  • Audit hesabatlarının, rəy və tövsiyələrin hazırlanması üçün səlis və düzgün yazı bacarığı;
  • Xarici dil bilikləri (ingilis və rus dili arzuolunandır);
  • 1C proqram təminatı üzrə biliklərə malik olmaq;
  • İş təcrübəsi: Minimum 3 il (mühasibatlıq sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir).

About this role

Apply Before

September 15, 2025

Job Posted On

avqust 6, 2025

Job Type

Full-time

Category here

Finance, Business and Administration