Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Home page
/
/
/
İctimai nəqliyyat üzrə mütəxəssis

İctimai nəqliyyat üzrə mütəxəssis

15-07-2026

511

Description

  • Daxil olan müraciət və sorğuları qanunvericiliyə uyğun (müddət və qaydalar daxilində) cavablandırmaq, təhlil etmək və həlli üçün təkliflər hazırlamaq.
  • Mövcud marşrutların işini təhlil etmək, marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təkliflər vermək və yeni marşrutların təşkili ilə bağlı işləri icra etmək.
  • Sərnişin tələbatını və axınını öyrənmək üçün monitorinqlər keçirmək, dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
  • İctimai nəqliyyatda xidmətin təşkilinə, daşıyıcıların fəaliyyətinə, gediş tariflərinin tətbiqinə və müqavilə öhdəliklərinin icrasına nəzarət etmək.
  • Hərəkət sxemləri və hərəkət cədvəllərinin hazırlanmasında iştirak etmək.
  • Onlayn bilet satışı sisteminin təşkili, sifarişli daşımalara icazə verilməsi və müqavilələrin bağlanılması proseslərində iştirak etmək.
  • İctimai nəqliyyatda yeni tarif yanaşmaları və innovativ həllərin tətbiqi üzrə təhlillər aparmaq.
  • Şöbənin fəaliyyəti ilə bağlı aylıq, rüblük və illik hesabatları hazırlamaq.

Requirements

  • Müvafiq sahə üzrə ali təhsil.
  • Nəqliyyat, logistika və ya ictimai sərnişindaşıma sahəsində ümumi olaraq 1–3 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının qanunvericiliyi, nəqliyyat sahəsinə aid qaydalar, standartlar və normativ sənədlərlə işləmə bacarığı.
  • MS Office proqramlarında (xüsusilə Excel-də) sərbəst işləmək bacarığı (məlumatların təhlili və hesabatlıq üçün).
  • İctimai nəqliyyat şəbəkəsinin təhlili, marşrut xətlərinin optimallaşdırılması və sərnişin axınının öyrənilməsi üzrə ilkin analitik bacarıqlar.
  • Elektron sənəd dövriyyəsi ilə işləmək bacarığı.

About this role

Apply Before

August 14, 2026

Job Posted On

iyul 15, 2026

Job Type

Full-time

Category

Logistics and Transportation