Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Home page
/
/
/
Nəqliyyat tənzimlənməsi üzrə baş mütəxəssis

Nəqliyyat tənzimlənməsi üzrə baş mütəxəssis

20-04-2026

115

RemoteHybrid

Description

Vəzifənin qısa təsviri:

Avtomobil nəqliyyatı, yol hərəkətinin təşkili, mikromobillik, piyada infrastrukturu sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Mövcud tənzimləmə mexanizmlərinin təhlilini aparmaq, təkmilləşdirilməsi ehtiyacları ilə bağlı təkliflər hazırlamaq;
  • Təklif olunan tənzimləmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübəni öyrənmək, əsaslandırmalar, analitik hesabatlar və vizual təqdimatlar hazırlamaq, tətbiqinin müsbət və mənfi tərəfləri, eləcə də yaratdığı risklər barədə rəy formalaşdırmaq;
  • Təklif olunan tənzimləmə mexanizmləri ilə bağlı hazırlanan normativ-hüquqi aktların, o cümlədən standartların layihələrinin hazırlanmasında iştirak etmək;
  • Tənzimləmə normalarının təkmilləşdirilməsi ilə bağlı digər dövlət orqanlarından (qurumlarından), beynəlxalq təşkilatlardan, vətəndaşlardan və s. daxil olan təkliflərə baxmaq və əsalandırılmış rəylər hazırlamaq.

Requirements

Tələblər:

  • Nəqliyyat və ya yol hərəkətinin təşkili sahəsində ali təhsil.
  • Nəqliyyat sahəsində minimum 2 il iş təcrübəsi.
  • Microsoft Office (Word, PowerPoint və Excel) proqram təminatlarında sərbəst iş bacarığı.
  • İngilis dili: orta səviyyədən yuxarı (Upper-Intermediate və daha yüksək). Rus vəya türk dili biliyi arzuolunandır.
  • Yüksək səviyyədə müstəqil işləmə bacarığı, tapşırıqları strukturlaşdırma və analiz etmə bacarığı, analitik və kritik düşüncə.

About this role

Apply Before

May 20, 2026

Job Posted On

April 20, 2026

Job Type

Full-time

Category

Logistics and Transportation