Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Home page
/
/
/
Parklanmanın təşkili üzrə mütəxəssis

Parklanmanın təşkili üzrə mütəxəssis

Today

7

Description

Təsvir


  • Ödənişli parklanma məntəqələrinin layihələndirilməsi məqsədilə yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi ilə bağlı təhlillər aparmaq;
  • Ödənişli parklanma məntəqələrinin Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və digər normativ hüquqi aktlara uyğun şəkildə təşkil olunması ilə bağlı təhlillər aparmaq və təkliflər vermək;
  • Ödənişli parklanma məntəqələrinin təşkili zamanı yolların buraxıcılıq qabiliyyətini araşdırmaq, təhlil etmək və müvafiq təkliflər hazırlamaq;
  • Fərdi parklanma talonunun verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və ünvan məlumatlarını dəqiqləşdirmək;
  • Ödənişli parklanma məntəqələrinin ayrılmasını həyata keçirmək;
  • Departamentə daxil olan fərdi parklanma talonu ilə bağlı vətəndaş müraciətlərini yerində araşdırmaq və cavablandırmaq;
  • Parklanmanın təşkili ilə əlaqədar təhlil, xətlənmə və nişanlama işlərini həyata keçirmək və bu işlərin mövcud qaydalara uyğun aparılmasına nəzarət etmək;
  • Parklanma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər zamanı ərazidə müzakirələr və araşdırmalar aparmaq, məlumat toplamaq və eskizlər hazırlamaq;
  • Departamentin gördüyü işlərlə bağlı təqdimatların hazırlanması;
  • Təşkil olunmalı parklanma yerlərinin sxem və layihələrinin hazırlanması;
  • Parklanma yerləri ilə bağlı data analizlərin hazırlanması;
  • Departamentə vətəndaşlar və ya dövlət qurumları tərəfindən daxil olan məktubları yerində araşdırmaq (ehtiyac olduqda vətəndaşlarla görüşlər keçirmək) və cavablar hazırlamaq.

Requirements

Tələblər


  • Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunununu;
  • Yol nişanları və siqnalları haqqında” 1968-ci il Vyana Konvensiyasını və Konvensiyanı tamamlayan Avropa Sazişini, Sazişin “Yolların nişanlanması barədə” Protokolunu;
  • "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununu;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint) yüksək səviyyədə;
  • “AutoCAD” proqramı biliyi;
  • Təhlil aparmaq;
  • Problemi effektiv həll etmək bacarığı;
  • Danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Prioritetləri düzgün müəyyən etmək;
  • Yüksək şifahi və yazılı ünsiyyət;
  • Dəqiqlik/ Detallara diqqət.

About this role

Apply Before

July 8, 2026

Job Posted On

June 8, 2026

Job Type

Full-time

Category

Logistics and Transportation