Yesterday
578
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) proqramı” na qəbul elan edir.
Proqram haqqında qısa məlumat:
"Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir. Proqram, "Azərbaycan Hava Yolları" QSC-nin sifarişi əsasında keçirilir və proqramda iştirak edən namizədlərə təlim müddətində AZAL tərəfindən təqaüd ödəniləcəkdir.
Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar. İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.
Proqramın müddəti: 21-24 ay
Tədris dili: İngilis dili
Proqramda iştirak üçün namizədlərə olan tələblər:
Qeyd: Tələblərə cavab verən namizədlərin İngilis dili, Fizika və Riyaziyyat üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər proqrama cəlb ediləcəklər.
MAA Texniki Xidmət üzrə Təlimləri haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz. https://naa.edu.az/az/centers/mto/.
Apply Before
April 29, 2025
Job Posted On
April 14, 2025
Job Type
Full-time
Experience
1-2 years
Career level
Student
Education
Bachelor's Degree
Azərbaycan Dəmir Yolları ● Bakı, Azərbaycan
Today
67
AQA Şirkətlər Qrupu ● Gəncə, Azərbaycan
Yesterday
266
Prime Cotton MMC ● Mingəçevir, Azərbaycan
Yesterday
112
Azərbaycan Dəmir Yolları ● Bakı, Azərbaycan
Yesterday
68