"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) proqramı

Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) proqramı

25-11-2024

2.9K

Description

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası “Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları” na qəbul elan edir.


Proqram haqqında qısa məlumat:

"Hava gəmilərinə (təyyarələrə) texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları" Azərbaycan Aviasiya Qaydalarının (AAQ-147 və AAQ-66) tələblərinə uyğun olaraq təşkil ediləcəkdir.


Proqramı uğurla tamamlayan və imtahanlardan müvəffəqiyyətlə keçən iştirakçılara, AAQ-147 tələblərinə uyğun fəaliyyət göstərən "Texniki xidmət üzrə Təlim təşkilatı" tərəfindən Tanınma Sertifikatı təqdim ediləcəkdir. “Tanınma Sertifikatı” almış şəxslər Azərbaycan Hava Yolları QSC-də müvafiq peşə kateqoriyaları üzrə işlə təmin olunacaqlar.  İş təcrübəsi və ixtisas səviyyəsinə uyğun olaraq, həmin şəxslər gələcəkdə "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi"ni də əldə edə biləcəklər.


Proqramın müddəti: 21-24 ay  

Tədris dili: İngilis dili

Responsibilities

Proqramda iştirak üçün namizədlərə olan tələblər:


  • İngilis dili biliyi: B1 və ya daha yüksək səviyyədə (CEFR)
  • Riyaziyyat/Cəbr biliyi: Minimum orta məktəb proqramı səviyyəsində
  • Fizika biliyi: Orta məktəb proqramı səviyyəsində və daha yüksək
  • Yaş: 18-32 yaş arası


Qeyd: Tələblərə cavab verən namizədlərin İngilis dili, Fizika və Riyaziyyat üzrə bilikləri imtahan vasitəsilə yoxlanılacaq. İmtahandan uğurla keçən namizədlər Aviasiya mütəxəssislərindən ibarət komissiya tərəfindən müsahibə ediləcəklər. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər proqrama cəlb ediləcəklər.

MAA Texniki Xidmət üzrə Təlimləri haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz. https://naa.edu.az/az/centers/mto/.


About this role

Apply Before

December 15, 2024

Job Posted On

November 25, 2024

Job Type

Full-time

Category

Logistics and Transportation