"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Hava Limanlarının İnfrastrukturu İdarəsi/ Tikintiyə texniki nəzarət üzrə aparıcı mühəndis

Hava Limanlarının İnfrastrukturu İdarəsi/ Tikintiyə texniki nəzarət üzrə aparıcı mühəndis

Today

727

Description

  • Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki spesifikasiyalar, smeta və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət etmək;
  • Tikinti prosesində istifadə olunan materialların, konstruksiyaların və avadanlıqların layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
  • Tikinti-quraşdırma işləri zamanı aşkar edilmiş uyğunsuzluq və qüsurların aradan qaldırılmasına nəzarət etmək;
  • Tikinti işlərinin icrası zamanı layihə sənədlərindən kənarlaşmaları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Layihə sənədlərinə dəyişiklik və düzəlişlərin edilməsi zərurəti yarandıqda müvafiq layihə təşkilatları ilə koordinasiyanı həyata keçirmək;
  • Tikinti-quraşdırma işləri üzrə tərtib edilmiş aktları, protokolları və digər texniki sənədləri yoxlamaq;
  • Forma-2, Forma-3 və digər icra sənədlərində qeyd olunan iş həcmlərinin faktiki yerinə yetirilmiş işlərə uyğunluğunu yoxlamaq.

Requirements

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
  • Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Problemlərin həlli bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşma bacarığı;
  • Komandada işləmək bacarığı.

İş qrafiki:

  • 5 günlük

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


About this role

Apply Before

November 23, 2026

Job Posted On

November 19, 2026

Job Type

Full-time

Career level

Professional

Category

Other