"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
İnsan Resursları İdarəsi/ Analitika üzrə kiçik mütəxəssis

İnsan Resursları İdarəsi/ Analitika üzrə kiçik mütəxəssis

Today

34

Description

  • İR analitikası və rəqəmsal hesabat sistemlərinin inkişafı üzrə layihə və təşəbbüslərdə iştirak etmək, tələb olunan məlumatların hazırlanmasına və texniki tapşırıqların formalaşdırılmasına dəstək göstərmək;
  • İnsan resursları üzrə əsas göstəricilərin (işçi dövriyyəsi, işçi sayı, işə qəbul, performans, davamiyyət və s.) toplanmasını, sistemləşdirilməsini və ilkin təhlilini həyata keçirmək, mütəmadi hesabatların hazırlanmasına dəstək göstərmək;
  • İR prosesləri üzrə məlumatları təhlil etmək, aşkar edilmiş uyğunsuzluqları və təkmilləşdirmə imkanlarını müəyyən edərək komanda ilə bölüşmək;
  • Mövcud dashboardların, analitik hesabatların və hesabat şablonlarının yenilənməsini həyata keçirmək, yeni hesabatların hazırlanmasında iştirak etmək;
  • Şirkət rəhbərliyi və aidiyyəti tərəflər üçün hazırlanmış hesabat və analitik materialların məlumat hissəsini hazırlamaq, məlumatların düzgünlüyünü və ardıcıllığını yoxlamaq;
  • İR şöbələri üzrə məlumatların vahid formada toplanması və təqdim edilməsi məqsədilə məlumat şablonlarının, Data Dictionary və hesabat tələblərinin hazırlanmasına dəstək göstərmək;
  • HR sistemlərində məlumatların keyfiyyətini yoxlamaq, çatışmazlıqları və uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün aidiyyəti tərəflərlə əməkdaşlıq etmək;
  • Excel, Power BI və digər analitik alətlərdən istifadə etməklə məlumatların emalı, vizuallaşdırılması və hesabatların hazırlanmasını həyata keçirmək;
  • İR analitikası, məlumatların vizuallaşdırılması və avtomatlaşdırma sahəsində yeni alət və yanaşmaları öyrənmək və onların iş proseslərinə tətbiqinə dəstək göstərmək.

Requirements

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Təqdimat hazırlama və təqdim etmə bacarığı;
  • Power BI, SQL, Microsoft Word, Excel və PowerPoint proqramları ilə sərbəst işləmək bacarığı;
  • Azərbaycan və ingilis dillərini səlis bilmək;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  • Komandada işləmək bacarığı.


  • İş qrafiki: 5 günlük
  • İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

About this role

Apply Before

September 27, 2026

Job Posted On

September 22, 2026

Job Type

Full-time

Category

Other