"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Maliyyə və Mühasibat Uçotu İdarəsi/Əsas vəsaitlərin və inventarların uçotu şöbəsi/Anbardar

Maliyyə və Mühasibat Uçotu İdarəsi/Əsas vəsaitlərin və inventarların uçotu şöbəsi/Anbardar

Today

111

Description

  • Alış Tələbnaməsində (AT) qeyd olunan ehtiyat hissəsi, məsrəf və digər materiallar anbarda mövcud olduğu halda, Sifarişçiyə/büdcə sahibinə təhvil vermək;
  • Təchizatçıdan ehtiyat hissəsi, məsrəf və digər materialları qəbul etmək və təhvil-təslim aktını imzalamaq;
  • Ehtiyat hissələrinin, məsrəf və digər materialların qəbulunu, qeydiyyatını və təhvilini həyata keçirmək;
  • Ehtiyat hissələrinin, məsrəf və digər materialların düzgün şəraitdə və olduğu kimi saxlanılmasını təmin etmək;
  • Mədaxil-məxaric sənədlərini vaxtında və düzgün tərtib etmək, sənədlərdə hər hansı pozuntu və ya çatışmazlıq aşkar edildikdə ehtiyat hissəsinin verilməsini dayandırmaq və bu barədə dərhal rəhbərliyi məlumatlandırmaq;
  • Ehtiyat hissələrinin, məsrəf və digər materialların anbara daxil olarkən çatışmazlıq və ya zədələnmə halları olduqda müvafiq sənədlərin tərtibində iştirak etmək;
  • Rəhbərliyin göstərişi ilə təyin olunmuş komissiya ilə birgə hər rüb inventarlaşmada iştirak etmək;
  • İnventar, avadanlıq, anbar otaqları və təhkim olunmuş sahələrin təmiz və qaydalara uyğun saxlanılmasını təmin etmək;
  • Anbarda müəyyən olunmuş əmək mühafizəsi və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Təyin olunmuş vaxtda anbarları mühafizə xidmətinə təhvil vermək və təhvil almaq, anbar açılarkən otaqların toxunulmazlığını, qıfılların salamatlığını və plombların qoparılmamasını yoxlamaq, hər hansı pozuntu aşkar edildikdə rəhbərliyi məlumatlandırmaq.

Responsibilities

  • Ali təhsil;
  • Azərbaycan dili-əla, ingilis dilində yazışma bacarıqları;
  • Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel , Word;
  • Əsas vəsaitlərin və inventarların idarə edilməsi haqqında anlayış;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Detallara diqqət yetirmək bacarığı;
  • Problemi həll etmək bacarığı;
  • Hesabat hazırlama bacarığı.

 

İş qrafiki: Növbəli iş rejimi;

İş yeri-Heydər Əliyev Beynəlxalq Havalimanı

About this role

Apply Before

September 5, 2025

Job Posted On

September 1, 2025

Job Type

Full-time

Category here

Logistics and Transportation