"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Rəqəmsal Marketinq üzrə aparıcı mütəxəssis

Rəqəmsal Marketinq üzrə aparıcı mütəxəssis

16-11-2024

10.5K

Description


Azərbaycan Hava Yolları, marketinq komandasına qoşulmaq üçün Rəqəmsal Marketinq üzrə aparıcı mütəxəssis axtarır. İdeal namizəd Rusiya və MDB bazarını hədəf alan rəqəmsal marketinq strategiyalarının qurulması və icrası ilə məşğul olacaq. Namizəd Rusiya və MDB ölkələri üzrə tanınmış rəqəmsal marketinq kanalları üzrə effektiv satış reklamları verməli, müasir trendlərə uyğun metodları tətbiq etməlidir. Bu məqsədlə namizəd VK, Yandex, Tiktok, Google Ads, Meta və digər populyar sosial media və rəqəmsal marketinq kanalları barədə məlumatlı olmalıdır. Güclü analitik bacarıqlar, yaradıcı düşüncə və eyni vaxtda bir neçə layihəni idarə etmək qabiliyyəti bu pozisiya üçün mütləqdir.



  • Rusiya və MDB bazarına uyğunlaşdırılmış genişmiqyaslı rəqəmsal marketinq planlarını hazırlamaq və həyata keçirmək;
  • Marketinq məqsədlərinə çatmaq üçün VK, Yandex, Odnoklassniki, MyTarget, Telegram, Rutube, Mail.ru, Instagram, Facebook, Google, YouTube, TikTok və LinkedIn kimi müxtəlif rəqəmsal kanallardan istifadə etmək;
  • Yandex Direct və digər müvafiq platformalarda PPC kampaniyalarını planlaşdırmaq, başlamaq və optimallaşdırmaq. VK və digər sosial media kanallarında sosial media reklamlarını və məzmun strategiyalarını idarə etmək;
  • Müxtəlif platformalarda cəlbedici və mədəni baxımdan uyğun məzmun yaratmaq üçün dizayn və kontent komandası ilə işləmək;
  • Məzmun təqvimlərini nəzarətdə saxlamaq və marketinq kampaniyalarının vaxtında icrasını təmin etmək.
  • Yandex-də axtarış aktivliyini və reytinqləri artırmaq üçün SEO və SEM strategiyalarını həyata keçirmək;
  • Google Analytics, Yandex Metrica və digər analitik platformalardan istifadə edərək rəqəmsal marketinq kampaniyalarının performansını izləmək, ölçmək və təhlil etmək;
  • Ətraflı hesabatlar hazırlamaq və kampaniyanın performansını artırmaq üçün texniki tövsiyələr vermək
  • Maksimum ROI təmin etmək üçün marketinq büdcələrini idarə etmək və optimallaşdırmaq;
  • Xərcləri izləmək və marketinq hədəflərinə çatmaq üçün büdcələri zərurətə uyğun olaraq tənzimləmək;
  • Rusiya və MDB bazarı üçün müştəri auditoriyasının üstünlüklərini və davranışlarını başa düşmək məqsədilə bazar araşdırması aparmaq;
  • Bir neçə kampaniyanı və təşəbbüsü eyni vaxtda koordinasiya etmək və layihələrin vaxtında həmçinin müəyyən edilmiş çərçivədə çatdırılmasını təmin etmək;
  • Rəqəmsal marketinq kampaniyalarına yeni fikirlər və innovativ yanaşmalar gətirmək;
  • Ən son rəqəmsal marketinq tendensiyaları və texnologiyaları ilə mütəmadi olaraq tanış olmaq;



  • Develop and implement comprehensive digital marketing plans tailored to the Russian market. Utilize various digital channels, including VK, Yandex, Odnoklassniki, MyTarget, Telegram, Rutube, Mail.ru, Instagram, Facebook, YouTube, TikTok, and LinkedIn, to achieve marketing objectives;
  • Plan, launch, and optimize PPC campaigns on Yandex Direct and other relevant platforms. Manage social media advertising and content strategies on VK and other social media channels;
  • Develop engaging and culturally relevant content for different platforms. Oversee content calendars and ensure timely delivery of marketing materials;
  • Implement SEO and SEM strategies to improve online visibility and search rankings, particularly on Yandex;
  • Track, measure, and analyze the performance of digital marketing campaigns using tools like Google Analytics, Yandex Metrica, and other analytics platforms;
  • Generate detailed reports and provide actionable insights to improve campaign performance;
  • Manage and optimize marketing budgets to ensure maximum ROI. Monitor expenditures and adjust budgets as necessary to meet marketing goals;
  • Conduct market research to understand the preferences and behaviors of the Russian audience. Stay up-to-date with industry trends and competitor activities;
  • Collaborate with cross-functional teams, including content creators, designers, and other marketing specialists. Mentor and guide junior team members to enhance their skills and performance;
  • Coordinate multiple campaigns and initiatives simultaneously. Ensure projects are delivered on time and within scope;
  • Bring fresh ideas and innovative approaches to digital marketing campaigns. Stay current with the latest digital marketing trends and technologies;

 


Responsibilities

  • Marketinq, Biznes, Kommunikasiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Rəqəmsal marketinq sahəsində minimum 3 illik təcrübə;
  • Rusiya və MDB bazarlarında uğurlu rəqəmsal marketinq kampaniyalarının sübut olunmuş təcrübəsi;
  • Yandex Direct, VK, Google Analytics və sosial media reklam platformaları da daxil olmaqla rəqəmsal marketinq alətləri və platformalarında səriştə;
  • Məlumatı təhlil etmək və düzgün qərar vermək üçün güclü analitik bacarıqlar;
  • Rus dilində əla yazılı və şifahi ünsiyyət bacarıqları, ingilis dili bilikləri üstünlükdür;
  • Güclü layihə idarəetməsi və təşkilati bacarıqlar;
  • Yaradıcı düşüncə tərzi ilə innovativ marketinq strategiyaları inkişaf etdirmək qabiliyyəti;
  • Müstəqil və komandanın bir hissəsi olaraq işləmə qabiliyyəti;


  • Bachelor’s degree in Marketing, Business, Communications, or a related field
  • Minimum of 3 years of experience in digital marketing and proven track record of successful digital marketing campaigns in the Russian & CIS market
  • Proficiency in digital marketing tools and platforms, including Yandex Direct, VK, Google Analytics, and social media advertising platforms
  • Strong analytical skills and the ability to interpret data to drive decision-making
  • Excellent written and verbal communication skills in Russian. Proficiency in English is a plus
  • Strong project management and organizational skills. Creative thinker with the ability to develop innovative marketing strategies
  • Ability to work independently and as part of a team


İş şəraiti: 


  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu;


About this role

Apply Before

December 21, 2024

Job Posted On

November 16, 2024

Job Type

Full-time

Category

Mass Media and Public Relations