"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Rəsmi Şəxslərə,Nümayəndələrə və VİP Sərnişinlərə xidmət üzrə Baş İdarə/Zal üzrə növbətçi

Rəsmi Şəxslərə,Nümayəndələrə və VİP Sərnişinlərə xidmət üzrə Baş İdarə/Zal üzrə növbətçi

Yesterday

691

Description

  • Sərnişinlərə yüksək səviyyədə, mədəni və effektiv xidmət göstərilməsini, onlar üçün rahat şəraitin yaradılmasını və xoş atmosferin qorunub saxlanılmasını təmin etmək;
  • İstifadə olunmuş qab-qacaqların yuyulması, silinməsi və istifadəyə yararlılıq vəziyyətinə nəzarət etmək; çatlamış və ya sınmış qab-qacaq aşkar edildiyi halda, dərhal istifadədən çıxararaq aktlaşdırmaq üçün zalda işin təşkili üzrə mütəxəssisə məlumat vermək;
  • Hazırlıq işlərini keyfiyyətlə yerinə yetirmək, təmizlik işlərini vaxtında başa çatdırmaq, qida məhsulları və içkiləri təsdiqlənmiş menyulara və qaydalara uyğun şəkildə soyuducularda və digər duracaqlarda yerləşdirmək; əlavə sifarişin edilməsi üçün vaxtında zalda işin təşkili üzrə mütəxəssisə məlumat vermək və təminat prosesinə nəzarət etmək;
  • Zalda sərnişinlər olduqda ümumi nəzarəti həyata keçirmək, sərnişinlərin şirkət əmlakına ziyan vurmasının qarşısını almaq, intizamsız sərnişinlərin digər sərnişinlərin rahatlığını pozması halında dərhal növbə rəisinə məlumat vermək;
  • Zalda yerləşən avadanlıqların və inventarın (mebellər, televizorlar, masalar və s.) təmizliyini təmin etmək, onların texniki istismar qaydalarına uyğun istifadəsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Növbə zamanı təqdim edilən bütün qida məhsullarının istifadəyə yararlılıq vəziyyətini yoxlamaq və zəruri hallarda tədbir görmək.

Responsibilities

  • Təhsil tələbləri: Orta təhsil və ya peşə təhsili;
  • Dil bilikləri: Azərbaycan dili-səlis, ingilis dili-səlis;
  • Şifahi və yazılı ünsiyyət bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Təqdimat bacarığı;
  • İşə tez uyğunlaşma qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Öyrənmə qabiliyyəti.


İş qrafiki

Növbəli iş rejimi. 08:00-20:00

İş yeri

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

About this role

Apply Before

May 22, 2025

Job Posted On

may 16, 2025

Job Type

Full-time

Category

Services