"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Terminalda sərnişin xidməti üzrə supervayzer

Terminalda sərnişin xidməti üzrə supervayzer

06-01-2026

2.1K

Description

  • AZAL Sərnişin Aviaşirkətinin reysləri üzrə sərnişinlərin qeydiyyatı, minik, transfer və digər terminal xidmətlərinin aviaşirkətin tələblərinə və daxili prosedurlara uyğun şəkildə təşkilinə nəzarət etmək;
  • Terminalda sərnişin axını, minik prosesi və digər operativ xidmətlər zamanı yaranan situasiyalar üzrə operativ qərarlar vermək və baş verən hallar barədə şöbə rəhbərini vaxtında məlumatlandırmaq;
  • Uçuşların gecikməsinə və ya müntəzəmliyinin pozulmasına səbəb ola biləcək terminaldaxili faktorları (sərnişin problemləri, sənəd uyğunsuzluğu, servis gecikmələri və s.) müəyyən etmək, aidiyyəti cavabdeh xidmətləri koordinasiya etmək və rəhbərliyə müvafiq məlumat təqdim etmək;
  • Terminal və boarding zonasında sərnişin təhlükəsizliyinə təsir edən və ya prosedurlara zidd hallarla bağlı dərhal rəhbərliyi məlumatlandırmaq və aidiyyəti xidmətlərin fəaliyyətini əlaqələndirmək;
  • Qəbul edilmiş qərarların icrasına nəzarət etmək və əməliyyat proseslərinin fasiləsizliyini təmin etmək.

 

Requirements

  • Ali təhsil (bakalavr) və ya vəzifə üzrə müvafiq peşə təhsili;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini yüksək, ingilis dilini yüksək, rus dilini isə orta səviyyədə bilmək;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları ilə işləmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Operativlik və yüksək məsuliyyətlilik;
  • Komandada işləmək və effektiv koordinasiya bacarığı;
  • Dəyişikliklərə çevik uyğunlaşma və yüksək stress altında işləmə qabiliyyəti;
  • Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.


İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı


About this role

Apply Before

January 12, 2026

Job Posted On

January 6, 2026

Job Type

Full-time

Category

Other