"Azərbaycan Hava Yolları" QSC
Home page
/
/
/
Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri üzrə Aparıcı Mühəndis-İnspektor

Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri üzrə Aparıcı Mühəndis-İnspektor

12-09-2024

1.4K

Description

Fövqəladə hallar üzrə:

  • Qəza Əməliyyat Mərkəzi və Səyyar Komanda məntəqələrinin fövqəladə hallara hazırlıq vəziyyətini daimi nəzarətdə saxlamaq.


Qəza şəraiti yarandıqda:

  • Qəza-Xilasetmə Komandasına daxil olan qurumlar arasında

fəaliyyətin kordinasiyasında iştirak etmək;

  • toplanma məntəqəsində qüvvə və vasitələrin fəaliyyətlərini

tənzimləmək;

  • toplanma məntəqəsində yoxlama vərəqələrinə uyğun

nəzarəti həyata keçirmək;

  • yol verilən nöqsanları aşkar etmək;
  • fəaliyyət istiqaməti üzrə rəsmiləşdirilmə və məlumatların hazırlanmasında iştirak etmək.


Təlimlər:

  • Qəza şəraiti və yanğın təhlükəsizliyi mövzusunda təlimlərin

planlarının hazırlanmasında iştirak etmək;

  • təlimlərin təşkili ilə bağlı prosedurların həyata

keçirilməsində iştirak etmək;

  • təlimlərdə iştirak etmək;
  • təlimin nəticələrinin aktlaşdırılmasında iştirak etmək.


Yanğın təhlükəsizliyi üzrə:

  • Hava limanında yanğın təhlükəsizliyi ilə bağlı nəzarət

tədbirlərini həyata keçirmək, aşkar olunmuş nöqsanlıarın

aradan qaldırılması istiqamətində təxirəsalınmaz işləri icra

etmək.

  • təxliyyə yollarının və od söndürmə vasitələrinin istismara

yararlılıq vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı

yoxlamalar keçirmək;

  • xidmət təminatçıları, sərnişinlər və digər şəxslər tərəfindən

yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısını

almaq.


Fəaliyyəti tənzimləyən sənədlərin hazırlanması üzrə:

  • Fövqəladə hallar üçün fəaliyyət planının hazırlanmasında

iştirak etmək;

  • Planın razılaşdırılması və icra vəziyyətinə nəzarətin həyata

keçirilməsində iştirak etmək.

  • Yanğın təhlükəsizliyi ilə bağlı fəaliyyəti tənzimləyən

sənədlərin hazırlanmasında iştirak etmək.


Təlimatlandırma üzrə:

  • Direktor tərəfindən təsdiq olunmuş “Proqram” əsasında

yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə xidmət təminatçıları ilə dövrü təlimatlandırılmalar keçirmək.

Responsibilities

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili - Ana dili;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Proqram bilikləri: Microsoft Office; Outlook;
  • Üsiyyət bacarıqları (Yazılı və şifahi);
  • Danışıqların aparılması bacarığı;
  • Qərar vermə bacarığı;
  • Problemi həll etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Öyrənmə qabiliyyəti;
  • İşə uyğunlaşma qabiliyyəti;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Komandada işləmə bacarığı;


About this role

Apply Before

September 29, 2024

Job Posted On

September 12, 2024

Job Type

Full-time

Category

Other