Azərpambıq ASK MMC
Home page
/
/
/
Goranboy PİTM filialında mühasib

Goranboy PİTM filialında mühasib

02-10-2024

2.1K

Remote
Closed

Description

  • Mühasibat uçotunun müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirir.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda əks etdirir.
  • Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir.
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır.
  • Dövlət büdcəsinə ödənişlərin, məcburi dövlət sosial sığorta və digər icbari sığorta haqlarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
  • Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və maliyyə, vergi və digər hesabatların göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
  • Operativ uçotun müxtəlif növləri (hazır məhsulun həcmi, xammalın, materialın, yanacağın, istehsalatda sərf olunan enerjini, mühasibat uçotu və s.) üzrə iş aparır. İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablayır və qeydlər edir, təyin olunmuş hesabatı, siyahı və məlumatları jurnal və ya kartoçkada tərtib edir, müvafiq proqram vasitəsilə bazaya daxil edilməsini təşkil edir.
  • İş rejimi: 6 gün
  • Həftədə 40 saat
  • İstirahət günləri: Bazar günü

Responsibilities

  • Müvafiq sahə üzrə ali təhsil;
  • İstehsalat sahəsində 1-dən 3 ilə qədər iş təcrübəsinin olması;
  • 1C 8.3 ERP proqramında işləmək bacarığı;
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yaxşı səviyyədə Excel bilikləri;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yaxşı səviyyədə bilməli;
  • Verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır;

İş yeri Goranboy rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda və yaxın rayonlarda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.

  

About this role

Apply Before

noyabr 11, 2024

Job Posted On

oktyabr 2, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration

Perks and Benefits

  • Korporativ nömrə və danışıq limiti
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı