Azərpoçt MMC
Home page
/
/
/
Nəqliyyat üzrə baş mütəxəssis

Nəqliyyat üzrə baş mütəxəssis

Today

27

Description

  • Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək və istismar prosesinin fasiləsizliyini təmin etmək;
  • Avtomobillərin planlı texniki baxış və təmir proseslərini təşkil və koordinasiya etmək;
  • Nəqliyyat vasitələrinin təmirə yönləndirilməsi və servis xidmətləri ilə əlaqələrin idarə olunmasını həyata keçirmək;
  • Ehtiyat hissələri, texniki ləvazimatlar və sərf materiallarının uçotunu və istifadəsinə nəzarəti təmin etmək;
  • Yanacaq sərfiyyatına, nəqliyyat xərclərinə və istismar göstəricilərinə nəzarət etmək;
  • GPS və nəqliyyat izləmə sistemləri vasitəsilə nəqliyyat vasitələrinin hərəkətinə monitorinq aparmaq;
  • Avtomobillərə aid sənədlərin (sığorta, texniki baxış, etibarnamə və s.) vaxtında yenilənməsini və idarə olunmasını təmin etmək;
  • Sürücülərin fəaliyyətini koordinasiya etmək və iş intizamına nəzarət etmək;
  • Nəqliyyat vasitələrinin istismarı ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Nəqliyyat proseslərinin optimallaşdırılması və xərclərin azaldılması üzrə təkliflər vermək;
  • Təhlükəsizlik qaydalarına və daxili prosedurlara uyğunluğun təmin edilməsində iştirak etmək.

Requirements

  • Nəqliyyat sahəsində minimum 5 il iş təcrübəsi;
  • Avtomobillərin texniki istismarı və nəqliyyat prosesləri üzrə biliklər;
  • Sürücü heyətinin və nəqliyyat proseslərinin koordinasiya olunması bacarığı;
  • Nəqliyyat xərclərinin və müvafiq sənədlərin idarə olunması üzrə təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı;
  • Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.

About this role

Apply Before

May 24, 2026

Job Posted On

May 12, 2026

Job Type

Full-time

Category

Logistics and Transportation