Description

Əmək funksiyaları:

  • Şirkətin fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərə dair rəylərin, o cümlədən daxili korporativ və digər sənədlərin (nizamnamə, qərar, ərizə, məktub və s.) hazırlanmasında iştirak etmək;
  • Müxtəlif növ müqavilələrin (Alqı-satqı, xidmət və s.) hazırlanması və onlara dair hüquqi rəyin verilməsində iştirak etmək;
  • Mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanması;
  • Bütün dövlət, məhkəmə və icra orqanlarında, o cümlədən hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək.

Requirements

Vəzifə tələbləri:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Korporativ hüquq sahəsində azı 2 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dilində yazı və şifahi nitq bacarıqları;


Vəzifə səriştələri:

  • Analitik düşünmə;
  • Problem analiz etmə
  • Nizam-intizam
  • İşgüzar və hüquqi yazı bacarıqları.


About this role

Apply Before

March 3, 2026

Job Posted On

January 22, 2026

Job Type

Full-time

Category

Legal services