A

Mühəndis-elektrik

10-04-2025

290

Description

Bu rol təsərrüfatda energetika işlərinin görülməsi üzrə məsuliyyət daşıyır.


Vəzifə öhdəlikləri:


  • Təsərrüfatın enerji təchizatını təmin edir;
  • Enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün təsərrüfatın enerji təchizatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir;
  • Emal sexində, ərazidə, anbarlarda bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir;
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin edir;
  • Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir;
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin
  • əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir;
  • Elektrik qurğularının, nəzarət - ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir;
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır;
  • Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlayır;
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir;
  • Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir;
  • Rəhbərliyin tapşırdığı digər işləri yerinə yetirir.

Responsibilities

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (İstehsalat üzrə);
  • Enerji təminatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməli, plan - xəbərdaredici təmir sistemini və avadanlığın səmərəli istismarını təşkil etməli, 
  • Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların), onların istismar qaydalarını bilməli;
  • Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
  • Elektrik avadanlıqları ilə işləmə bacarığı
  • Vaxtında doğru qərar qəbul etmək bacarığı;
  • Komanda işləmək bacarığı 
  • Fiziki olaraq sağlam;
  • Azərbaycan dili, Rus dili (arzuolunandır).

About this role

Apply Before

May 9, 2025

Job Posted On

April 10, 2025

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Industry and Agriculture