Aztelekom MMC
Home page
/
/
/
Hüquqşünas (Abşeron)

Hüquqşünas (Abşeron)

04-02-2025

240

Description

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək
  • Filialdaxili əmr, təlimat, qayda, tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
  • Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq
  • Filialın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələrin tənzimlənməsi, mənafelərinin məhkəmələrdə və digər dövlət orqanlarında, eyni zamanda fiziki və hüquqi şəxslərə qarşı hüquqi müdafiəsini təmin etmək
  • Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin etmək
  • Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin başladılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin etmək, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırmaq və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışmaq
  • Mütəmadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil etmək, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlamaq, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görmək
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə icraatlar zamanı şirkəti təmsil etmək
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək

Responsibilities

  • Ali hüquq təhsili olmalı
  • Hüquq sahəsi üzrə ən azı 1 il iş təcrübəsinə malik olmalı
  • Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı
  • Müqavilələrlə iş təcrübəsi olmalı
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli
  • Yüksək ünsiyyət,komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı

About this role

Apply Before

March 16, 2025

Job Posted On

February 4, 2025

Job Type

Full-time

Category

Legal services