Aztelekom MMC
Home page
/
/
/
Kibertəhlükəsizlik üzrə İş və İnkişaf İmkanları

Kibertəhlükəsizlik üzrə İş və İnkişaf İmkanları

Today

63

Description

Karyerana Aztelekom-da başla! 🚀


Sən də kibertəhlükəsizlik üzrə biliklərini real layihələrdə sınamaq və ölkənin ən böyük telekommunikasiya şirkətlərindən birində karyerana başlamaq istəyirsən? O halda bu imkan məhz sənin üçündür!


Niyə Aztelekom?


  • Rəqəmsal Azərbaycanın inkişafında aparıcı rol oynayan şirkətik.
  • Güclü və peşəkar kibertəhlükəsizlik komandamız var.
  • Gənclərə dəstək olmaq və onların inkişafını təmin etmək bizim prioritetimizdir.



Səni nələr gözləyir?


  • Red Team, Blue Team və Purple Team üzrə biliklərini tətbiq etmək;
  • Real insidentlərin həllində iştirak etmək;
  • Mentor dəstəyi ilə daim öyrənmək və inkişaf etmək;
  • Böyük layihələrin bir parçası olmaq.



Responsibilities

Səndən gözlədiklərimiz


  • AKM məzunu olmaq və kibertəhlükəsizlik üzrə baza biliklərinə sahib olmaq;
  • Maraqlı, yaradıcı və öyrənməyə açıq olmaq;
  • Komanda ilə işləmək və problemləri həll etməyə həvəs göstərmək.



Bizim təkliflərimiz


  • Ödənişli təcrübə və junior mövqelərdə iş imkanı;
  • Karyera artımı və ixtisasartırma fürsətləri;
  • Təcrübəli mütəxəssislərlə yanaşı çalışma şansı;
  • Azərbaycanın ən böyük telekommunikasiya şirkətində öz yolunu qurmaq.



👉 Əgər sən də bu fürsəti qaçırmaq istəmirsənsə, CV-ni elə indi ATS sistemi vasitəsilə göndər. Gəl, kibertəhlükəsizlikdə karyeranı birlikdə quraq!

About this role

Apply Before

October 10, 2025

Job Posted On

October 8, 2025

Job Type

Internship

Category

Science, Technology, Engineering