Aztelekom MMC
Home page
/
/
/
Kommutasiya və transmissiya sektor müdiri (Salyan şöbəsi)

Kommutasiya və transmissiya sektor müdiri (Salyan şöbəsi)

13-09-2024

357

Description

  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların, təlimatların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
  • İstismarda olan stansiya, transmissiya və xətt qurğularına texniki xidmət göstərilməsinə, müxtəlif səbəblərdən sıradan çıxmış və təmirə ehtiyacı olan avadanlıqların təmir olunmasına, istismarda olan stansiya və xətt qurğularının qorunması üçün müdafiə qurğularının quraşdırılmasına , təmirə daxil olmuş avadanlıqların vaxtında təmir olunaraq geri qaytarılmasına nəzarəti təmin edir;
  • Şöbəyə aid telekommunikasiya avadanlıqlarının yenilənməsinə və kommunikasiya, qida mənbəyi avadanlıqları, rəqəmsal ötürücü və digər sıxlaşma avadanlıqları, xətt qurğularının texniki istismarı, rekonstruksiya işlərinin həyata keçirilməsi və müasir texniki imkanlardan istifadə olunmasına nəzarəti təmin edir;
  • Şöbədə texnoloji avadanlıqlarda olan çatışmazlıqların vaxtında müəyyən edilməsinə və operativ aradan qaldırılmasına nəzarəti təmin edir;
  • Mərkəzi Kommutasiya Sistemlərində (avadanlıqlarda) qəza siqnallarının kateqoriyasına uyğun olaraq baş verən nasazlıqların vaxtında aradan qaldırılmasına nəzarət edir;
  • Kommutasiya sistemlərinin işini analiz edir, statistik göstəricilərə nəzarət edir, sistemlərin (avadanlıqların) keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlayaraq rəhbərliklə razılaşdırır və tətbiqini təmin edir;
  • Şöbənin digər struktur bölmələri ilə Sektorun fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir;
  • Sektorun işçilərinin iş bölgüsünü həyata keçirir;
  • Sektorun fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir.


Responsibilities

  • Rabitə və informasiya texnologiyaları sahəsində Ali texniki təhsilli olmalı;
  • Kommutasiya və ya transport sistemlərinin istismarı sahəsində və digər telekommunikasiya texnologiyaları sahəsində ən azı 3 (bir) il profesional iş təcrübəsi olmalı;
  • Kommutasiya sistemlərinin montaj və blok sxemlərini, avadanlıqların yoxlama və tənzimləmə metodlarını, rabitə kanal və avadanlıqların elektrik normalarını bilməli;
  • Sahasinə aid olan sənədlərin tərtib etmək bacarıqlarına malik olmalı;
  • Tekekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını bilməli;
  • Şəbəkədə istismarda olan avadanlıqların quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini prinsipial, montaj və funksional sxemlərini bilməli;
  • Rabitə kanalları və avadanlıqlarının parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarından istifadə etməyi, ölçmənin prinsip və metodlarını bilməli;
  • Şəbəkənin layihə smetasını və planını tərtib etməyi bilməli;
  • MS Office proqramlarını bilməli.



About this role

Apply Before

sentyabr 19, 2024

Job Posted On

sentyabr 13, 2024

Job Type

Full-time

Category

Science, Technology, Engineering