Aztelekom MMC
Home page
/
/
/
Kommutasiya və transmissiya sektoru,Mühəndis (Salyan)

Kommutasiya və transmissiya sektoru,Mühəndis (Salyan)

13-09-2024

541

Description

·       Səlahiyyətləri çərçivəsində yeni qaydaların, təlimatların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;

·       Rabitə kanalları və avadanlıqlarının parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarının təlimata (hər bir ölçü cihazının istifadə təlimatı üzrə) uyğun istifadəsini təmin edir;

·       Avadanlıqların dayanaqlı və fasiləsiz işləməsinə nəzarət edir;

·       Mərkəzi Kommutasiya Sistemlərində (avadanlıqlarda) qəza siqnallarının kateqoriyasına uyğun olaraq baş verən nasazlıqların vaxtında aradan qaldırılmasını təmin edir;

·       Kommutasiya sistemlərinin fəaliyyətini analiz edir, sistemlərin (avadanlıqların) keyfiyyət göstəricilərinin təyin olunmuş standartlara uyğun olmağını nəzarətdə saxlayır;

·       Mərkəzi kommutasiya sistemlərinin istismarına aid təlimatda göstərilmiş işləri icrasını həyata keçirir;

·       Şöbənin digər struktur bölmələri qarşılıqlı fəaliyyət göstərir;

·       Sahasinə aid sənədləşməni Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılmasını təmin edir;

·       Birbaşa rəhbərinə öz fəaliyyəti üzrə statistik məlumatları təqdim edir.

Responsibilities

·       Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali və ya orta texniki təhsilli olmalı;

·       Kommutasiya və ya transport sistemlərinin istismarı sahəsində və digər telekommunikasiya texnologiyaları sahəsində ən azı 1 (bir) il profesional iş təcrübəsi olmalı;

·       Kommutasiya sistemlərinin montaj və blok sxemlərini,avadanlıqların yoxlama və tənzimləmə metodlarını, rabitə kanal və avadanlıqların elektrik normalarını, kommutasiya sistemlərinə aid olan sənədləşmələri bilməli;

·       Sahasinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına malik olmalı;

·       Tekekommunikasiya avadanlıqlarının işləmə prinsiplərini və texnologiyalarını bilməli;

·       MS Office proqramlarını bilməli.


About this role

Apply Before

September 19, 2024

Job Posted On

September 13, 2024

Job Type

Full-time

Category

Science, Technology, Engineering