Aztelekom MMC
Home page
/
/
/
Satınalma üzrə şöbə müdiri

Satınalma üzrə şöbə müdiri

04-11-2024

613

Description

·      Cəmiyyətin “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarının təşkil edilməsi

·      Satınalma planının hazırlanması və icra edilməsinə nəzarət etmək

·      Effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək

·      Təchizatçılar ilə ünsiyyət qurmaq;

·      Satınalma komissiyası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi

·      Satınalma prosedurları ilə bağlı sənədlərin, təqdimatların və hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi

·      Şöbə əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, şöbənin əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək və davranışlarının etik davranış qaydalarına uyğunluğuna müntəzəm nəzarət etmək

·      Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək

·      Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi

·      Xarici Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması

·      Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi

·      Cəmiyyətdə qəbul edilmiş və şöbənin işini tənzimləyən bütün daxili normativ-hüquqi sənədlərə və iş prosedurlarına qeyri-şərtsiz riayət etmək

·      Şöbə üzrə meydana çıxan digər məsələlərin həlli

Responsibilities

·      Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)

·      Müvafiq sahə üzrə 5 il iş təcrübəsi

·      Minimum 2 il rəhbər vəzifədə təcrübə

·      Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri və təcrübəsi

·      Tələb olunan dil: Azərbaycan dili (əla), İngilis-dili (yaxşı)

·      SAP proqramını yaxşı səviyyədə bilmək

·      MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək

·      CİPS (Beynəlxalq sertifikat) üstünlükdür

·      Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

·      Komanda ilə işləmə bacarığı

·      Təqdimat və təsiretmə bacarığı

·      Vaxtın idarəedilməsi bacarığı

·      Problem həlletmə bacarığı

About this role

Apply Before

December 14, 2024

Job Posted On

November 4, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration