Baku Steel Company
Home page
/
/
/
İşə qəbul üzrə mütəxəssis

İşə qəbul üzrə mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Full-time

18-11-2024

883

Description

  • Açıq vakansiyalar üçün namizədlərin axtarışını və seçilməsini həyata keçirmək.
  • Müsahibələrin təşkil olunması və keçirilməsi, həmçinin qiymətləndirmə və nəticələrə əsaslanaraq qərar qəbul etmək.
  • Namizədlər üçün iş təklifləri hazırlamaq və işə qəbuldan əvvəl bütün lazımi prosedurları yerinə yetirmək.
  • Namizədlərin peşəkar bacarıqlarını və şəxsi keyfiyyətlərini qiymətləndirmək üçün müxtəlif alət və üsullardan (müsahibələr, testlər, psixoloji qiymətləndirmə) istifadə etmək.
  • İnsana yönəlik bacarıqlar, motivasiya və uyğunluq qiymətləndirmələri aparmaq.
  • İşə qəbul sənədlərinin hazırlanması və namizədlərlə əlaqəli digər inzibati tapşırıqların yerinə yetirilməsi.
  • İşə qəbul prosesinə dair məlumatların sistematik qeydiyyatı və saxlanması.
  • İşə qəbul fəaliyyətlərinin hüquqi və etik tələblərə uyğunluğunu təmin etmək.
  • İşə qəbul proseslərini optimallaşdırmaq və effektivliyi artırmaq üçün müntəzəm olaraq təkmilləşdirmələr etmək.
  • Əməkdaşlıq etdiyimiz təhsil və peşəkar təşkilatlarla müntəzəm əlaqələr qurmaq və istedadları cəlb etmək.

Responsibilities

Təhsil və təcrübə:

  • Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznes və ya əlaqədar sahə üzrə).
  • İşə qəbul sahəsində ən azı 2-3 il təcrübə (İnsan resursları və ya müvafiq sahədə).

 

Bilik və bacarıqlar:

  • Əlaqə Bacarıqları: Güclü şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif namizədlərlə effektiv əlaqə qurma bacarığı.
  • Qiymətləndirmə Bacarıqları: Namizədlərin təhlil edilməsi və qiymətləndirilməsi üzrə bacarıqlar.
  • Təşkilati Bacarıqlar: Prosesləri izləmə və idarə etmə bacarığı, detallara diqqət yetirən yanaşma.
  • Texniki Bacarıqlar: HRM proqram təminatı (1C, SAP, Oracle və s.) və MS Office proqramlarından sərbəst istifadə bacarığı.
  • Hüquqi Biliklər: İşə qəbul və əmək hüquqları sahəsində əsas biliklər.


About this role

Apply Before

December 17, 2024

Job Posted On

November 18, 2024

Job Type

Full-time

Category

Finance, Business and Administration