Baku Steel Company
Home page
/
/
/
Tədbirlərin təşkili üzrə mütəxəssis

Tədbirlərin təşkili üzrə mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Full-time

15-11-2024

2.4K

Description

·    Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərin təşkil edilməsini, rəhbərlik tərəfindən keçirilən müşavirələrdə, iclaslarda, tədbirlərdə, görüşlərdə və rəsmi qəbullarda texniki və təşkilatı işlərin həyata keçirilməsini;

·      Ümumi qəbul olunmuş protokol qaydalarına, beynəlxalq təcrübəyə və milli adət ənənələrə və əsaslanan protokol xidmətinin həyata keçirilməsini;

·        Qonaqların qarşılanmasını, müşayiət edilməsini, yola salınmasını;

·        Cəmiyyət rəhbərliyinin iştirakı ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlərdə ümumi qəbul olunmuş protokol qaydalarına əsasən masada protokol xidmətinin icrasını;

·        Cəmiyyət rəhbərliyinin iştirak etməsi nəzərdə tutulmuş tədbirlərə və səfərlərə hazırlıq işlərinin aparılması və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətinin icra edilməsini və bununla bağlı digər işlərin həyata keçirilməsini;

·        Dəvət olunan qonaqların zərurəti yarandıqda səfərlərinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini;

·        Cəmiyyətin strukturları tərəfindən protokol qaydalarının həyata keçirilməsində əlaqələndirmə və bu sahədə onlara lazımi yardımın göstərilməsi;

·        Sənədlərin imzalanması mərasimləri zamanı assistentlik və digər protokol xidmətlərinin icra edilməsini;

·        Daxil olmuş təbrik və rəsmi görüşlərə dəvət məktublarının cavablandırılmasını;

·   Gələn qonaqlar tərəfindən Cəmiyyət rəhbərliyinə təqdim olunan xatirə və protokol hədiyyələrinin qeydiyyatının aparılmasını və lazımi qaydada saxlanılmasını;

·        Xarici qonaqlara təqdim etmək məqsədilə Azərbaycan tarixini, mədəniyyətini, musiqisini və Qarabağ probleminin həqiqətlərini özündə əks etdirən hədiyyələrin hazırlanmasını;

·        Dövlət bayramları və mərasimlər zamanı Cəmiyyət rəhbərliyinin başçılığı ilə Cəmiyyət əməkdaşlarının Şəhidlər Xiyabanına və Fəxri Xiyabana ziyarətini təşkil edilməsini;

Responsibilities

Bilməlidir:

·        Vəzifə təlimatını və beynəlxalq təcrübəyə, milli adət ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarını;

·        İşgüzar etiket standartlarını və qaydalarını;

·        Təşkilatı inzibati sənədlərinin vahid şəkilə salınmış sisteminin standartlarını;

·        İşində tələb olunan kompüter proqramlarını;

·        Ofis avadanlığından istifadə qaydalarını;




Tələblər:

·        Ali təhsil (bakalavr səviyyəsində);

·        Beynəlxalq münasibətlər, Protokol, tədbirlərin təşkili sahələri üzrə ən azı 2 illik iş təcrübəsi;

·        Ofis avadanlığı və kompüter proqramlarının əsaslarını yaxşı səviyyədə bilmək;

·        Yüksək səviyyədə Azərbaycan dili biliyi;

·        Xarici dillərin biliyi (İngilis və Rus);

·        Bəy namizədlərə üstünlük verilir.

About this role

Apply Before

December 14, 2024

Job Posted On

November 15, 2024

Job Type

Full-time

Category

Mass Media and Public Relations