DataLead MMC
Home page
/
/
/
Məlumat İdarəetməsi üzrə Mütəxəssis - Data Steward

Məlumat İdarəetməsi üzrə Mütəxəssis - Data Steward

  • DataLead MMC
  • AGA Business Center, 55 Xocalı prospekti, Bakı
  • Full-time

Today

7

Description

Vəzifə haqqında


  • Data Steward təşkilatın məlumat aktivlərinin daha düzgün, strukturlaşdırılmış və effektiv idarə olunmasını təmin edən əsas rollardan biridir. Bu vəzifədə çalışan əməkdaş müxtəlif struktur bölmələri ilə sıx əməkdaşlıq edərək məlumatların mənasını, istifadəsini, biznes qaydalarını və əlaqələrini sənədləşdirir, məlumatların keyfiyyətinin artırılmasına dəstək verir və məlumatların vahid yanaşma əsasında idarə olunmasına töhfə verir.
  • Data Steward məlumatların texniki emalını həyata keçirmir, lakin məlumatların biznes baxımından düzgün başa düşülməsi, sənədləşdirilməsi və istifadəsi üçün biznes və texniki komandalar arasında əlaqələndirici rolunu oynayır. Bu rol çərçivəsində əməkdaş business glossary, metadata, data catalog, məlumat keyfiyyəti və bilik bazalarının formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək, eyni zamanda süni intellekt və chatbot həllərində istifadə olunacaq məlumatların strukturlaşdırılmasına dəstək verəcəkdir.


Əsas vəzifə öhdəlikləri


  • Müxtəlif struktur bölmələri ilə görüşlər keçirmək və məlumatlarla bağlı tələbləri toplamaq
  • Məlumat mənbələrini, məlumat elementlərini və biznes qaydalarını müəyyənləşdirmək və sənədləşdirmək
  • Business Glossary yaradılması və inkişaf etdirilməsində iştirak etmək
  • Məlumat terminlərinin, anlayışlarının və biznes təriflərinin hazırlanmasını təmin etmək
  • Metadata məlumatlarının toplanması və sənədləşdirilməsi prosesində iştirak etmək
  • Data Catalog sisteminin formalaşdırılmasına dəstək vermək
  • Məlumat axınlarının və məlumatlar arasındakı əlaqələrin sənədləşdirilməsində iştirak etmək
  • Məlumat sahibləri və mövzu üzrə ekspertlərlə (SME) əməkdaşlıq etmək
  • Məlumat keyfiyyəti problemlərini müəyyən etmək və onların həlli üzrə aidiyyəti tərəflərlə işləmək
  • Süni intellekt və chatbot layihələri üçün istifadə olunacaq məlumat mənbələrinin müəyyənləşdirilməsində iştirak etmək
  • Bilik bazalarının yaradılması və strukturlaşdırılması işlərini dəstəkləmək
  • Müxtəlif hesabatlar, təhlillər və sənədlər hazırlamaq
  • Biznes və texniki komandalar arasında məlumatlarla bağlı koordinasiya funksiyasını yerinə yetirmək
  • Məlumatların idarə olunması üzrə daxili qaydaların tətbiqinə dəstək vermək

Requirements

  • Analitik düşüncə və problem həll etmə bacarığı
  • Məlumatları araşdırmaq, təhlil etmək və sistemləşdirmək bacarığı
  • Məlumatların biznes baxımından şərh edilməsinə maraq
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
  • Sənədlərin hazırlanması və idarə olunması bacarığı
  • Tələblərin toplanması və müsahibələrin aparılması bacarığı
  • Komandada işləmək və müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq qurmaq bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət
  • Microsoft Excel, Word və PowerPoint proqramlarından yaxşı səviyyədə istifadə bacarığı


Üstünlük hesab olunur


  • Business Analysis sahəsində təcrübə
  • Data Steward və ya Data Governance sahəsində biliklər
  • Business Glossary, Data Catalog və ya Metadata layihələrində iştirak
  • Məlumat keyfiyyəti üzrə fəaliyyət təcrübəsi
  • Süni intellekt, chatbot və ya bilik bazası layihələrində iştirak
  • SQL üzrə baza səviyyəsində biliklər
  • Data Governance və Metadata Management üzrə təlimlərdə iştirak
  • DAMA DMBOK, CDMP və ya digər məlumat idarəetməsi üzrə sertifikatlar
  • İngilis dili bilikləri

About this role

Apply Before

July 8, 2026

Job Posted On

iyun 8, 2026

Job Type

Full-time

Experience

1-2 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Other