FINCA Azerbaijan
Home page
/
/
/
Hüquq Departamentində Təcrübəçi

Hüquq Departamentində Təcrübəçi

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Internship

03-06-2025

494

Description

 “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Hüquq Departamentində Təcrübəçi (Məhkəmə işləri üzrə) elan edir.


Bu proqram hüquq sahəsində biliklərini praktikada tətbiq etmək və real hüquqi işlərlə tanış olmaq istəyən namizədlər üçün nəzərdə tutulmuşdur.

Proqramın məqsədi təcrübəçilərin hüquq departamentinin gündəlik iş fəaliyyətinə dəstək göstərməsi və aşağıdakı işlərin operativ şəkildə icrasına töhfə verməsi gözlənilir:


  • Məhkəməyə verilmiş işlər üzrə sənədlərin hazırlanması (iddia ərizələri və s.)
  • Mövcud sənədlərin (məktublar, maliyyə arayışları, arxiv sənədləri) məhkəməyə göndərilməyə hazır vəziyyətə gətirilməsi (ardıcıllıq, folderləşmə və s.)
  • Sənədlərin skan olunaraq portala yüklənməsi üçün hazırlanması
  • Zərurət yarandıqda İcra işləri üzrə  dəstək göstərilməsi

Responsibilities

Namizədlər üçün tələblər:

  • Hüquq və ya oxşar ixtisaslar üzrə təhsil alan və ya yeni məzun olmuş (üstünlük verilir)
  • Yaxşı ünsiyyət bacarıqları, məsuliyyətli və öyrənməyə açıq olan
  • Microsoft Word proqramı istifadə bacarığı



Proqram iştirakçılarına təqdim olunur:

  • Hüquqşünaslar tərəfindən keçirilən təlimlər
  • Müvafiq sahə üzrə mentor dəstəyi
  • Təcrübə müddətinin sonunda rəsmi sertifikat
  • Real hüquqi sənədlərlə işləmək və praktik bilik əldə etmək imkanı



Əlavə məlumat:

  •  İş yeri: Baş ofis (ofisdaxili)
  •  Müddət: 2 ay
  •  İş rejimi: Tam/yarım gün (detallı qrafik fərdi razılaşma əsasında müəyyən olunacaq)
  •  Ödəniş: Təcrübə proqramı ödənişsizdir


About this role

Apply Before

June 16, 2025

Job Posted On

June 3, 2025

Job Type

Internship

Career level

Student

Education

Bachelor's Degree

Category

Legal services