FINCA Azerbaijan
Home page
/
/
/
İnzibati işlər üzrə mütəxəsis

İnzibati işlər üzrə mütəxəsis

  • FINCA Azerbaijan
  • 44 Cəfər Cabbarlı küçəsi, Bakı 1065, Azərbaycan
  • Full-time

Yesterday

218

Description

"FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis filialı üçün İnzibati İşlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.


ƏSAS ÖHDƏLİKLƏRƏ aşağıdakılar daxildir. Başqa öhdəliklər də təyin edilə bilər.


  • Mövcud qaydalara əsasən, yeni əşyalar/avadanlıqlar alındığı zaman onları inventar siyahısına əlavə etmək, müvafiq filiala göndərilənədək saxlanmasını təmin etmək və köhnə və ya zədələnmiş əşyaları/avadanlıqları təlimata uyğun siyahıdan çıxarmaq. Müvafiq identifikasiya nişanları tətbiq etmək və tam sənədləşməni həyata keçirmək.
  • Silinəcək inventarlarin siyahisini Maliyyə Şöbəsinə təqdim etmek.
  • İllik inventarizasiya aparmaq və zədələnmiş vəsaitlərin dəyişdirilməsi üçün müvafiq sənədləşməni yerinə yetirmək.
  • “FİNCA Azerbijan” Təşkilatının standartlarına əsasən dövri fiziki yoxlamalar keçirmək, hesabatlar hazırlamaq və təqdim etmək.
  • FİNCA Azerbaijan-nın inventar siyahısının yeni və dəqiq olmasını təmin etmək üçün “FİNCA Azerbaijan” Təşkilatının Rəhbərliyi və Maliyyə Şöbəsi ilə əlaqəli tərzdə işləmək. İnventar əşyaların/avadanlıqların bölüşdürülməsini, köçürülməsini və təyinatını layihə ehtiyaclarına uyğun şəkildə təşkil edərək bütün fəaliyyətin düzgün sənədləşdirildiyinə əmin olmaq.
  • Yararsız alətlər, cihazlar və s. siyahılarını, onların təmiri və silinməsi, eləcə də materialların əskik gəlməsi və xarab olması aktlarını tərtib edir.
  • Baş ofis və filiallarda yanğına qarşı mühafizə qurğularının quraşdırılmasını təmin etməlidir. Filialları yanğına qarşı Fovqəladə hallar tərəfindən tələb olunan avadanlıqlarla (Yanğinsondurən balonlar, təxliyyə planı, və s.) təmin etməlidir. Rəhbərlik tərəfindən tələb olunan ofislərdə təhlükəsizlik siqnalizasiyasının qurulmasını təmin etmək, onun həmişə işlək vəziyyətdə oldugunu vaxtaşırı yoxlamaq, canlı mühafizə tələb olunduqda Mühafizə idarəsi ilə müqavilə bağlanmasını təmin etmək, mühafizənin müqaviləyə uyğun fəaliyyət göstərdiyindən məsul olmaq.


Responsibilities

TƏLƏB OLUNAN BACARIQLAR :


  • Biznesin idarə edilməsi, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi və ya müvafiq sahədə (və ya bənzər) bakalavr dərəcəsi.
  • Maliyyə institutunda və ya xidmət yönümlü mühitdə əvvəlki təcrübəyə üstünlük.
  • İnventar nəzarəti, logistika və ya inzibati əməliyyatlar üzrə minimum 3-5 il iş təcrübəsi.
  • Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmək (yazılı və şifahi).
  • Hesabat və məlumatların təhlili üçün Microsoft Office Suite-də (Excel, Word, Outlook) yüksək istifadə bacarığı.
  • İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək.
  • Yüksək kommunikasiya və problem həll etmə bacarığı.
  • Analtik düşüncə.


About this role

Apply Before

February 4, 2025

Job Posted On

January 21, 2025

Job Type

Full-time

Experience

3-4 years

Career level

Professional

Education

Bachelor's Degree

Category

Finance, Business and Administration